
Xalq artisti İlhamə Quliyeva apa-ya açıqlamasında həmkarı Nazpəri Dostəliyevanın məhkəmə qərarı ilə ona ödəməsi gərəkən 20 min manatlıq təzminatı ödəmədiyini bildirib və DİN-dən, Bakı Şəhəri Baş Polis İdarəsindən (BŞBPİ) məsələni diqqətdə saxlamağı xahiş edib.
Maraqlıdır, İ.Quliyeva tərəfindən məlum məsələ ilə bağlı BŞBPİ-yə hər hansı rəsmi müraciət daxil olubmu? Bununla bağlı adıçəkilən qurumun mövqeyi nədən ibarətdir?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov xalq artisti tərəfindən onlara heç bir rəsmi müraciətin daxil olmadığını vurğulayıb:
“İ.Quliyeva tərəfindən BŞBPİ-yə rəsmi müraciət daxil olmayıb. Əgər rəsmi müraciət daxil olarsa, o zaman həmin müraciətə qanun çərçivəsində baxılacaq”.