• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Stilist Samir ANS-in efirinə arvad paltarında gəldi - FOTO

Stilist Samir ANS-in efirinə arvad paltarında gəldi - FOTO

Qalmaqallı stilist Samiraldo (Samir Əliyev) görkəmi ilə yenə müzakirə mövzusu olub.

ANS PRESS-in məlumatına görə, məşhur stilist 3 il fasilədən sonra ANS TV-nin "Bazar səhəri" proqramının qonağı olub. O, başına çalmaya bənzər baş örtüyü, daha dəqiq desək, şarfı başının ön hissəsində düyünləyib və uzun paltar geyinərək verilişə qatılıb.

Geyim tərzi ilə maraq yaratdığını görən Samiraldo, hər zaman diqqət mərkəzində olmağı bacardığını etiraf etdi. O, dəfələrlə geyimlərinin sırf öz təxəyyülünün məhsulu olduğunu desə də, bu dəfə fərqli və qalmaqallı açıqlama verdi.

" Mənim bütün geyimlərimin öz mənası var. Mənim geyimlərimi hər kəs anlaya bilməz. Bu geyim tərzi sırf mənə məxsusdur. "Samiraldo" adlanır. Bu verilişə dəvət aldıqdan sonra nə geyinəcəyimi düşüə-düşünə yuxuya getdim. Yuxuda mənə indi əynimdə gördüklərinizi göstərib dedilər ki, belə geyin. Mən də geyindim. Mistik qüvvələr həmişəki kimi, bu dəfə də mənə kömək etdi".








Xəbər lenti

DAHA ÇOX XƏBƏR