Məşhur aktyor: “Ssenarini göndərəndə dilim qurudu” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur aktyor: “Ssenarini göndərəndə dilim qurudu” - FOTOLAR

51 yaşlı məşhur Hollivud aktyoru Rassel Krou, qırılmış qəlbini və həssaslığını daha gizlətmir. “Qladiator” rolunun mahir ifaçısı keçirdiyi iztirabları etiraf edib.

Publika.az “Bizim tərcümə” layihəsində kino aləminin ən çılğın aktyorunun müsahibəsini təqdim edir.

- Birinci Dünya müharibəsində avstraliyalının iştirakından bəhs edən “Su axtarıcı” filminin çəkilişlərini belə öz boynunuza götürmüşdüz. Necə oldu ki, rejissor olmaq qərarına gəldiniz?

- Hə, bilirəm, bu çox riskli iş idi. Həmçinin maliyyə cəhətdən də təhlükəli idi. Film həm vətənim Avstraliyada, həm də xaricdə çəkilirdi. Təyyarə, səyahət və saat qurşaqlarından bezmişdim.

Rejissorluq işinə gəldikdə isə, mən artıq 25 ildir ki, kamera qarşısındayam və kameranın görünməyən tərəfində nələrin etmək lazım olduğunu da yaxşı bilirəm. Rejissor işinin çətin olduğunu iddia edən insanları anlaya bilmirəm.

- Kinoya gəldikdə isə, çox az adam bilir ki, Birinci Dünya müharibəsində Avstraliyadan olan insanlar da iştirak edib. Çünki müharibə Avstraliyadan çox uzaqlıqda baş verirdi...

- Nəinki, Avstraliya sakinləri hətta, Yeni Zelandiyadan olanlar da, iştirak edib. Formal cəhətdən hər iki dövlət Böyük Britaniyadan müstəqillik əldə etmişdi və müharibəyə qoşulmaya da bilərdi. Lakin Britaniya bu ölkələrə müharibədə könüllülərin iştirakı üçün müraciət etmişdi. Bizim gənclər üçün təbii ki, bu asan məsələ deyildi. İctimai təzyiq çox güclü idi. Belə bir sual qoyulurdu: “Müharibədə iştirak edəcəksənmi?” və ya “Nəyə görə müharibədə iştirak etmək istəmirsən?”. Sonda isə kənddən çıxan gənc oğlanlar müharibədə iştirak etmək üçün vətənlərindən min kilometr uzaqlıqda yerləşən Avropaya yollandı. Bir çoxları buna səyahət, dünyanı görmək imkanı kimi qəbul edirdi.

- Siz gedərdinizmi?

- Bilmirəm. Bircə onu bilirəm ki, oğlanlarımın müharibəyə getməməsi üçün əlimdən gələni edərdim. Mənim film qəhrəmanım bunu etmədi və onun övladları da yad eldə həlak oldu. Oğlanlarının müharibəyə yollanmasının qarşısını ala bilməsə də, arvadının ölümündən sonra onların qəbrini tapmağa söz verdi. Mənə ssenarini göndərəndə, sanki dilim qurudu və filmi uşaqlarım üçün çəkməyə qərar verdim.

Dünyada atalıq kimi qiymətli və dəyərli heç nə yoxdur. Heç bir karyera, uğurlu rol atalıqla müqayisə oluna bilməz. Uşaq dünyaya gələn kimi sənin həyata baxış bucağın da tamamilə dəyişir. İndi məni daha çox övladlarımın böyüdükdən sonra necə olması maraqlandırır. Məsələn, Çarlz və Tennisonun idmanla maraqlanmayacağı heç ağlıma gəlməzdi. Onların idmançı olması üçün lap Avstraliyanın futbol klubunu da alardım. Lakin oğlanlarım idman yolunu seçmədi.

- Siz filmdə nəyə görə qadın baş roluna Olqa Kurilenkonu dəvət etdiniz? Filmə hər hansı bir məşhur Hollivud aktrisasını da dəvət edə bilərdiniz. (Baş qadın obrazında müharibədə ərini itirmiş türk qadınıdır. Adətə görə o, ərinin qardaşına ərə getməli idi).

- Mənə daha çox qeyri-adi və ekzotik aktrisa lazım idi. Mən Olqanın başqa rollarını da görmüşəm və istedadına bələdəm. Olqaya qədər türk qızı Ayşə rolunu oynamaq üçün siyahımda bir neçə namizəd vardı. Amma Olqa ilə tanış olan kimi siyahını ləğv etdim. O, çox ağıllı, intellektli və zərif qadındır. Ona görə də, Olqa rolunu füsunkar canlandıra bildi.

- Eyni zamanda aktyorluq və rejissorluq etmək sizi çaşdırmırdı?

- Əgər mən baş rolda oynamasaydım investorlar filmə pul yatırmaqdan imtina edirdi. Onlar həmçinin mənim ikinci dərəcəli əsgər rolunu oynamağımı da qəbul etmirdilər. Ona görə də, özümü qurban verməyə məcbur oldum.

- Uşaqlarınız kinoya baxdı?

- Əlbəttə. Kiçik oğlum Tenneson filmin premyerasından sonra dedi: “Ata, mən heç vaxt döyüşmək istəmirəm!”. Əvvəllər isə Tennison universiteti bitirdikdən sonra döyüşlərdə iştirak etmək istədiyini deyərdi. Çünki bu döyüşlərə görə milyon dollar qazanmaq istəyirdi. Belə çıxır ki, əbəs yerə ömrümün 3 ilini filmə həsr edib çəkməmişəm. Film oğlumun ürəyini yumşalmasına səbəb oldu. Mənim keçmiş arvadım da filmin premyerasına gəldi. Danieldən alqış eşitmək müşkül məsələdir. O, kompliment etməyi lazımı saymır. Ona görə də, film premyerasından sonra “Vau! Tüklərim biz-biz oldu, az qala ağlayacaqdım” deməsini eşitmək adama fərəh verdi. (Rassel Krou Avstraliyalı aktrisa Daniel Spenser Krou ilə 1990-cı ildə film çəkilişləri zamanı tanış olub. Sonra isə Rassel Avstraliyanı tərk edərək Hollivuda getdi. Daniel isə onu müşayiət etməkdən imtina etdiyi üçün cütlük ayrıldı. 2000-ci ildə Şaron Stoun Meq Rayandan ayrıldıqdan sonra Rassel köhnə sevgilisi ilə münasibətləri bərpa etmək qərarına gəldi. Onlar 2003-cü ildə Krounun fermasında ailə həyatı qursalar da, 2012-ci ildə ayrıldı. Bəziləri Krounu arvadına qarşı xəyanətdə günahlandırsa da, əslində sıx iş qrafikinə görə onlar ayrı yaşamağa qərar verdilər. Daniel əri ilə birlikdə Avstraliyanı tərk edərək Amerikada yaşamaqdan imtina edirdi).

- Olqa Kurilenkonun sözlərinə görə siz rejissor kimi çox yumşaq və sakitsiniz. Amma hamı sizi çılğın və temperamentli insans kimi tanıyır...

- Bir çox insanların işinin məndən asılı olduğu müddətdə mən qəzəbli və qıcıq yaradan insan ola bilərəm, lakin mən onların etibarını qazanmalı və məsuliyyət hissini artırmalıyam. Bundan əlavə, filmin rejissoru və aktyoru eyni adam idi, onlar arasında heç bir fikir ayrılığı yox idi.

- Olqa həm də deyir ki, siz heç vaxt aktyorları hədindən artıq işlətmədiniz.

- Mən insanları çox işlədib lağa qoymaq kimi fikrim yoxdur. Buna baxmayaraq, oğlanları əsgər işinə alışdırmaq üçün onları 3 ay hərbi düşərgədə saxladım. Olqanı isə türk dilində danışması üçün bağlı qapı arxasında müəllimlə qoyurdum. Düzdü, Olqa 4 dildə danışa bilir və türk dilinə asanlıqla yiyələnə bildi.

- Siz nəyi həyatda ən böyük uğur hesab edirsiniz?

- Oğlanlarımı. Onlar mənim həyatımın mənasıdır. İmkanım olsaydı günün 24 saatı onlarla keçirərdim. Elə uşaqlara görə də, yenidən evlənmək istəmirəm. İstəmirəm oğlanlarım düşünsün ki, ataları anaları kimi yaraşıqlı qadın tapdı və bir daha bizimlə maraqlanmayacaq.

- Siz arvadınızdan 3 ildir ki, ayrı yaşayırsız və hələ də boşanmamısınız. Sizin yenidə bir yerdə olacağınız haqda söz-söhbətlər dolaşır...

- Hər şey ola bilər. Mən Danieli 1990-cı ildən sevirəm. Bu, sevgi heç vaxt azalmır. Hərdən öz-özümə düşünürəm: necə oldu ki, biz ayrıldıq? Suala cavab tapa bilmirəm çünki ona olan hisslərim heç də azalmayıb.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm