Roza Zərgərli açıq-saçıq klipini təqdim etdi - VİDEO, FOTOLAR
Bizi izləyin

Tabloid.az

Roza Zərgərli açıq-saçıq klipini təqdim etdi - VİDEO, FOTOLAR

Müğənni Roza Zərgərli özbək ifaçısı Ziyad İşanxocayevlə birgə oxuduğu “Sən və mən” mahnısına çəkdirdiyi klipin təqdimatını keçirib.

Müğənni Roza Zərgərli özbək ifaçısı Ziyad İşanxocayevlə birgə oxuduğu “Sən və mən” mahnısına çəkdirdiyi klipin təqdimatını keçirib.

Publika.Az-ın məlumatına görə erotik səhnənin yer aldığı klip iki hissədən ibarətdir.

Birinci hissə yerli kanallarımız üçün nəzərdə tutulub. Klipdə açıq-saçıq səhnələr olduğu uçun bəzi telekanallar buna icazə vermir. Ona görə də bu səhnə çıxarılıb.

Klipin ikinci hissəsi Rusiyada yayımlanacaq. Klip olduğu kimi yayımlanacaq. Hər kəsin erotik səhnəni Rozanın oynadığını düşünsə də, bu doğru çıxmayıb. Belə ki, həmin səhnə aktyorlar tərəfindən oynanılıb.

Təqdimat mərasiminə şoumen Murad Dadaşov, modelyer Gülnarə Xəlilova, müğənni Nadir Qafarzadə, Emma Ələkbərzadə, Elnur Məmmədov, Aysel Əlizadə, rəqqasə Fatimə Fətəliyeva, Aşıq Samirə, prodüser Təranə Səmədova, aparıcılar Murad Arif, Vüsalə Kərimova, Zabir Əliyev qatılıb, müğənnini təbrik ediblər.

Xatırladaq ki, klipin bir hissəsi Daşkənddə Hollivud rejissoru Bahodir Yuldaşev və Elşən Babayev çəkib. Obrazlar üzərində modelyer Gülnarə Xəlilova, stilist Anar Ağakişiyev işləyiblər.

Elvin Elxan

Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm