Tabloid.az
Dünyanın ən gözəl və cəsur qadın pilotu - FOTOLAR
Almaniyanın “Bild” qəzeti dünyanın ən gözəl və ən cəsur qadın pilotunu müəyyən edib.
Publika.az xəbər verir ki, 23 yaşlı Nilufər Rəhmani Əfqanıstan hərbi hava qüvvələrində çalışır.
“Bild” qəzetinin xəbərinə görə, Nilufər Rəhmani 2001-ci ildə Talibanın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub. Gənc pilot ABŞ Xarici İşlər Nazirliyi tərəfindən Beynəlxalq Qadın Cəsarət Mükafatına (International Women of Courage Award) layiq görülüb.
Xəbərə görə, uşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib. 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan hərbi hava qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub. Onun ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib. Çünki o, bir qadındır. Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.
Gözəl pilotun özü və ailəsi bir neçə dəfə Talibandan ölüm təhdidləri alıb. Nilufər Rəhmani isə bütün bu təhdidlərə baxmayaraq, Əfqanıstan hərbi hava qüvvələrində karyerasını davam etdirməkdə qərarlıdır.
Ömər Dağlı
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia