Xoşqədəm Hidayətqızı yeni planlarını açıqladı - FOTO/VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Tabloid.az

Xoşqədəm Hidayətqızı yeni planlarını açıqladı - FOTO/VİDEO (YENİLƏNİB)

"Layihəmiz artıq ANS-də davam edəcək. Mən buraya öz komandamla gəlmişəm. Yenidən hər bazar günü saat 22:00-da birlikdə olacağıq".

ANS PRESS-in məlumatına görə, bunu "Günə Baxan"ın qonağı olan tanınmış aparıcı Xoşqədəm Hidayətqızı bildirib. O həmçinin qeyd edib ki, formatda yeniliklər, dəyişikliklər olacaq, amma missiya, məqsəd eyni qalacaq. "Əvvəlki qaydada axtarışlar olacaq. Biz yenə müraciət edən insanlara kömək edəcəyik, onların doğmalarını axtaracağıq".

X. Hidayətqızı həmçinin qeyd edib ki, o, həmişə olduğu kimi tamaşaçıların dəstəyinə güvənir və onların dəstəyini gözləyir. "Mən həmişə tamaşaçılara güvənmişəm. Çünki tamaşaçı məni seçib. Mən bu gün tamaşaçılara bir daha inandım", - deyə o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm