Mənim evim – GÜNÜN FOTOSU
Bizi izləyin

Tabloid.az

Mənim evim – GÜNÜN FOTOSU

Dünyanın hər yerində köhnə evlər sökülərək yerində göydələnlər ucaldılır.

Çinin Nannin əyaləti də istisna deyil. Yerli hökumət əyalətdə yerləşən köhnə evləri sökəndə, ev sahiblərindən biri bu qərara qarşı çıxdı. Sahibə köhnə evin əvəzində təmtəraqlı yaşayış məskəni, külli miqdarda kompensasiya təklif olundu. Lakin bütün cəhdlər boşa çıxdı. Nəticədə, komaya bənzər ev düz 15 ildir ki, yolun ortasında toxunulmaz şəkildə qalmaqdadır.

Sahibin koması ətrafında hündürmərtəbəli binalar da tikilib. Yolun ortasında dayanan ev isə göydələn sakinlərinin sərbəst gediş-gəlişinə əngəl yaradır. Heç nəyə baxmayaraq, daxmanın sahibinin evindən imtina etmək fikri yoxdur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm