Leyla Əliyeva sərgidə iştirak edib - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Leyla Əliyeva sərgidə iştirak edib - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Sözlər” sərgisi ilə tanış olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Sözlər" sərgisi ilə tanış olub. 

 

Fevralın 20-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan rəssamı Rəşad Ələkbərovun "Sözlər" adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri, rəssam Aida Mahmudova sərgi haqqında məlumat verdi, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Sonra sərgiyə baxış olub.

Rəssamın 5 əsərinin nümayiş olunduğu sərgi martın 20-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm