Özünü Aynişan kimi qələmə verən saxtakarı Aybəniz cəzalandıracaq
Bizi izləyin

Tabloid.az

Özünü Aynişan kimi qələmə verən saxtakarı Aybəniz cəzalandıracaq

Özünü Aynişan kimi qələmə verən saxtakarı Aybəniz cəzalandıracaq

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc ifaçı Aynişan Quliyeva saxtakar insanların qurbanına çevrilib.

Publika.Az-ın məlumatına görə sosial şəbəkədə ifaçının adından mesajlar yazılır, dostluqlar göndərilir. Bu barədə Aybəniz Haşımova sosial şəbəkədə xəbərdarlıq edib:

“Dünən aldığım məlumata görə hansısa saxtakar mənim övladımın adıyla saxta facebook səhifəsi açıb, insanlara dostluq göndərir və özünü Aynişan kimi qələmə verir. Mən dünən ona mesaj yazdım və ona təcili saxta profilin bağlanmasını tələb etdim. Amma o? reaksiya vermədi və elə bildi ki, zarafat edirəm. O, mənim zarafatımı görəcək”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm