Qız əkiz bacısı olmayan ikinci tayını tapdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qız əkiz bacısı olmayan ikinci tayını tapdı - FOTOLAR

Dublin şəhərindən olan tələbə qız və onun iki dostu “insanlar dünyaya” cüt gəlir deyimini sübuta yetiriblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 1 həftə bundan əvvəl Nimf Cini, Harri İnqliş və Terens Manzanqa “Twin Strangers” (“Yad əkizlər”) internet portalını açıb. Sayt “Facebook” şəbəkəsinin analoqudur. Saytın köməkliyi ilə istənilən şəxs dünyadakı oxşarını axtarıb tapa bilər.

Layihə artıq minlərlə insanın marağına səbəb olub. Öz əkizini tapan ilk insan isə elə Nimfin özü olub. 26 yaşlı Nimfə bənzər olan 29 yaşlı Karen Breniqan İrlandiyanın paytaxtına yaxın yerdə yaşayır.

Qızlar bir-birinə olduqca bənzərdir. Onlar nə uzaq, nə də yaxın qohumdurlar. Həftə sonunda oxşarlar görüşüb bir neçə saat bir yerdə vaxt keçiriblər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm