Bu yayın dəb tendensiyası: balet üslubu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu yayın dəb tendensiyası: balet üslubu – FOTOLAR

Valentino Couture, Tocca, Delpozo, Chloe və başqa moda evlərinin yeni kolleksiyalarını nəzərdən keçirəndən sonra aşkar etdim ki, bu mövsümün əsas dəb tendensiyası balet tərzidir. Zərif və həssas obrazların nümayişi mükəmməl qadın incəliyini təcəssüm etdir

Valentino Couture, Tocca, Delpozo, Chloe və başqa moda evlərinin yeni kolleksiyalarını nəzərdən keçirəndən sonra aşkar etdim ki, bu mövsümün əsas dəb tendensiyası balet tərzidir. Zərif və həssas obrazların nümayişi mükəmməl qadın incəliyini təcəssüm etdirir. İncə beli vurğulamağa kömək edən və ombalarda nəzərə çarpan açıq rəngli tüldən tikilən, qabarıq yubkalar uşaqlıqda mücrüdə dayanan, ancaq musiqini işə salanda fırlanan balerina fiqurunu yada salır. Balet həvəskarları rahatlıq tapmaq üçün tamaşalara gedə, yaxud əzələlərini möhkəmləndirmək məqsədilə balet məşq zalına yazıla bilərlər. Və ya sadəcə olaraq dizaynerlərin balet üslubunda hazırladığı stillərdən ilham alaraq bir, yaxud bir neçə günlük balerinaya çevrilə bilər...

Balet üslubu modaya, Darren Aronofoskinin məşhur “Qara Qu” filmi çəkilməzdən əvvəl daxil olub. Bu məlahətli sənət əsərindən sonra balerina üslubuna Chanel, Valentino, Altuzarra, Chloe kimi moda evləri tərəfindən dəfələrlə müraciət olunub. Bundan başqa qabarıq teksturalardan, çoxqatlı büzmələrdən ibarət estetik balet tərzi faktiki olaraq Chloe moda evinin firma üslubu olub. Baleti xatırladan, çoxqatlı təmtəraqlı yubkalar unudulmaz Kerri Bredşou obrazından sonra populyarlıq qazanır. Hansı ki, o, həyatının ən mühüm görüşlərinə sanki Amerikanın Balet Teatrından çıxırmış kimi geyinməyə üstünlük verirdi.

Sizi bir anda balerinaya döndərən 3 əşya

İstənilən mağazada adi əşyaların köməyi ilə başqalaşıb balerina obrazına bürünmək düşündüyünüz qədər çətin deyil.

Əvvəlcə baletkalardan başlayaq. Baletkalar ən poetik, üstəgəl ən rahat yay ayaqqabısıdır. Bu ayaqqabılar məhz peşəkar balet rəqqasələri sayəsində moyada daxil olub.

İkincisi trikotaj bodilər, yaxud dar toplardır. Bədənə kip oturan bodilərin yaxası V şəklində olmalıdır.

Və nəhayət, balerina üslubunda baş rolu şəffaf tüldən tikilən təmtəraqlı yubkalar oynayır. (Bu cür yubkaları internet mağazalarda “tutu skirt” adı ilə də tapa bilərsiniz)

Düşünməyin ki, böyük ombalar balerina üslubunda geyinməyə icazə vermir və bunun üçün mütləq qüsursuz bədən quruluşu, boy-buxun lazımdır. Sadəcə siz bədən ölçülərini gizlədən fasonları və rəngləri tapmağı bacarmalısınız. Obmalarınız iridirsə, daha az qabarıq yubka və qatlarının minimal olmasına fikir verin. Yuxarıya isə bədənə kip oturan deyil, daha sərbəst köynək seçmək şansınız var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm