• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ramiz Əzizbəyli sabah xəstəxanaya yerləşdiriləcək

Ramiz Əzizbəyli sabah xəstəxanaya yerləşdiriləcək

"Bəxt üzüyü", "Pirverdinin xoruzu”, "Yalan və s. filmləri ilə kino sənətinə əvəzsiz incilər bəxşetmiş bir sənətkar sözün həqiqi mənasında ölüm-dirim mübarizəsindədir. Bir neçə ay əvvəl iflic olub yatağa düşmüş xalq artisti, Azərbaycanın sayılıb, seçilən rejissorlarından Ramiz Əzizbəylinin səhhəti ağırdır. Baxımsızlıqdan, diqqətdən kənarda qalsa da, neçə-neçə əsərə ekran həyatı bəxş etmiş sənətkarın qüruru kimdənsə imdad istəməyə, yardım üçün müraciət etməyə imkan vermir. Əslində, onun kimdənsə kömək istəyəcək halı da yoxdur.

Movqe.az-ın əməkdaşları Ramiz Əzizbəylinin son durumu barədə oxuculara məlumat vermək üçün sənətkarın evində olub. Xalq artistinin övladları, nəvələri yatağı başında növbə çəkir, sənət yoldaşı Azad Şükürov da onu yalnız qoymur.

Ağır xəstə yatağında belə gözləri işıldayan, sağalmaq üçün mübarizə aparan Ramiz Əzizbəylinin son durumuna kövrəlməmək olmur. Onu ağır xəstə yatağında, diqqətdən kənar görmək çox ağırdır. Açığı, bu mənzərə ilə barışmaq olmur. Mədəniyyət xadimlərinin daim hərbir qayğı ilə əhatələndiyi ölkəmizdə Ramiz Əzizbəyli kimi əsl sənətkarın diqqətdən kənarda qalması ürəkaçan olmadığı qədər , heyrət doğurur.

Sağlığında qiymət verək sənətkarabu məqamda yerinə düşən ibarədir.

Ailəsi bu mənzərəyə qürurla səbr etsə , hər cür imkansızlığa rəğmən sabah səhər tezdən sənətkarı xəstəxanaya yerləşdirəcək.

Allah sənətkara şəfa versin. Kino sənətimizin ona böyük ehtiyacı var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR