ULDUZLARDAN AŞAĞI
Bizi izləyin

Tabloid.az

ULDUZLARDAN AŞAĞI

Zaman-zaman insanlar öz gələcəklərini bilməyə, onları gözləyən təhlükələrdən xəbərdar olmağa çalışıblar. Bu istiqamətdə onların xidmətində duran və təəssüf ki, hələ çoxları tərəfindən elm kimi qəbul edilməyən astrologiya olub. İndi də bu ənənə davam edir.

Sakini olduğumuz Azərbaycanda da ulduz elminə maraq həmişə böyük olub. Tarix səhifələrində dünyaca məşhur olan münəccimlərimiz, ulduzşünaslarımız olub. Mənəviyyat qəsbkarı olan sovet dönəmində - allahsızlıq təbliğ edilən əyyamda bir çox milli irsimiz kimi astrologiya da qadağan olundu. O dövrdə insanlarımız robotlaşdırsalar da, onların əməyini, mənəviyyatını, sərbəst baxışlarını istismar etsələr də, xalqımızın genində özünə yer tapan bu bilgilər tamamilə məhv olmadı.

Azərbaycan ikinci dəfə müstəqillik dövrünə yetişəndə qadağa qoyulmuş bəzi elmlər kimi astrologiya da öz inkişaf mərhələsinə qədəm qoymağa başladı. Bu istiqamətdə mərhum parapsixoloq, Azərbaycan Xalq Biliciləri və Ekstrasensləri İttifaqının prezidenti Etibar Elkinin əməyi çox böyük oldu. Onun sayəsində fitri istedadlar - xalq təbabəti biliciləri, şəfakarlar, öncəgörənlərlə birlikdə ulduz elminə maraq göstərənlər də bir araya gəldilər. Astrologiyanın təbliğində böyük rol oynayan qəzetlər nəşrə başladı. Bundan başqa, televiziyalarda bu elmlə bağlı dəyərli verilişlər, canlı söhbətlər efirə getdi. İndi demək olar ki, hər bir məktəbli hansı bürcə malik olduğunu, hər bürcün ümumi xarakterik cizgilərini asanlıqla söyləyə bilər. Lakin bu, çox azdır. Çünki indi ölkəmizdə 10-a yaxın sanballı münəccim var ki, onların bir araya gəlməsi hələlik problemlidir. Kollektiv şəkildə ölkəmiz üçün çalışmağın, astrologiya mərkəzləri, məsləhətxanaları yaratmağın vaxtı isə çoxdan çatıb.

Bütün bunlara baxmayaraq hələ gənc olan dövlətimizdə ulduzşünaslıq elmi inkişaf etməkdədir. Mən də bu marağı nəzərə alıb, yeni bir layihə ilə görüşünüzə gəlmişəm...

Səbuhi RƏHİMLİ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm