Nigar İbrahimovanın xoşbəxtliyinə “soğan doğradılar”
Bizi izləyin

Tabloid.az

Nigar İbrahimovanın xoşbəxtliyinə “soğan doğradılar”

Tanınmış vizajisit Nigar İbrahimova 15 il öncə qurduğu biznesə daha az vaxt ayırmağa başlayıb. Səbəb isə ailə həyatıdır. Ailə münasibətləri haqqında “Tabloid.az”-a özəl açıqlama verən Nigar xanım evdar qadın kimi özünü doğrultduğunu deyir.

Tanınmış vizajisit Nigar İbrahimova 15 il öncə qurduğu biznesə daha az vaxt ayırmağa başlayıb. Səbəb isə ailə həyatıdır. Ailə münasibətləri haqqında “Tabloid.az”-a özəl açıqlama verən Nigar xanım evdar qadın kimi özünü doğrultduğunu deyir. O həyat yoldaşına göstərdiyi diqqət və qayğının qarşılığında ondan dəstək aldığını da gizlətmədi. Demə, Ruslan bəy bəzi sənədləşmə və internetlə bağlı işlərdə onun köməyinə gəlir.

Xatırladaq ki, ailə həyatının ilk günlərində cütlüyün həyatında təzadlar anlar yaşandı. Bəzi insanlar cütlüyün izdivacına xələl gətirməyə çalışsalar da, onlar mənfi təsirlərdən özlərini qoruya bildilər. Nigar xanımla söhbət əsnasında öyrəndik ki, hazırda da cütlüyün xoşbəxtliyinə “soğan doğramağa” çalışanlar var. Onların kimliyini açıqlamayan N. İbrahimova həmin insanların öhdəsindən gəldiklərini söylədi.

N.İbrahimova Ruslan bəylə növbəti səfəri planlaşdırdıqlarını dedi:“ Hər ikimizin iş həyatı yalnız 10 gün müddətində dincəlməyə imkan verir. Əslində biz yəhudilər kimi işləyə-işləyə dincəlməyə çalışırıq. Ailə həyatı qurandan bəri bir neçə şəxsi səfərdə olmuşuq. Hər səfərimiz maraqlı macəralarla zəngindir. Bu dəfəki səfər marşrutumuz İspaniyayadır. Yay tətili planlarımıza Qəbələ və digər gözəl guşələrimizə də getmək daxildir ”

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm