Soyuducuda hansı ərzaqları saxlamaq olmaz?
Bizi izləyin

Tabloid.az

Soyuducuda hansı ərzaqları saxlamaq olmaz?

Soyuducuda hansı ərzaqları saxlamaq olmaz?

Yeməklərin saxlama qaydaları bu günə qədər mübahisə olunan mövzulardandır. Məsələn, çörəyi soyuducuda, yoxsa çörək qabında saxlamalıyıq? Pomidoru mətbəx dolabında, yoxsa soyuducuya saxlamalıyıq?

Bunlar arasında ən çox müzakirə olunan isə kərə yağıdır. Soyuducuya qoyulan yağı çörəyə yaxmaq çətindir. Bəs bu zaman nə etməli? Araşdırmalar göstərir ki, kərə yağını qabından çıxarmadan soyuducuda saxlamaq lazımdır. Çünki kərə yağı süddən hazırlanır və uzun müddət soyuducudan kənarda qalarsa, xarab olma ehtimalı yüksək olur. Duzlu kərə yağının xarab olma ehtimalı daha azdır. Çünki duz onun xarab olma ehtimalını azaldır və bakteriyaları uzaq tutur. Kərə yağı bir neçə saat mətbəx dolabında qala bilər. Bəzi qidalar isə soyuducudan tamamilə uzaqda qalmalıdır. Tabloid.az soyuducudan uzaq saxlanılmalı olan qidaların siyahısını bu cür sıralayır.

Pomidor soyuducuda bütün dadını itirir. Bundan daha böyük səhv ola bilərmi? Soyuducudakı soyuq hava pomidorun daha yaxşı yetişməsinə mane olduğu üçün dadsızlaşır. Onları mətbəx səbətində, ya da torbada saxlayın.

Reyhanı soyuducuya qoyan kimi sürətlə solmağa başlayır və çürümüş qoxusunu orda olan başqa qidalara da ötürür. Onu kəsilmiş çiçəklər kimi 1 stəkan suyun içində saxlayın. Əgər onları uzun müddət saxlamaq istəyirsinizsə, qurudub daha sonra buzxanaya qoyun.

Kartofu uzun müddət soyuducuda saxlasanız, nişastası şəkərə dönəcək və şirin kartofa çevriləcək. Kartofu kağız torbaya qoyub sərin və qaranlıq bir yerdə saxlayın. Soyuq yerdə saxlamaq olmaz. Kağız torbalar plastiklərdən daha çox faydalıdır. Belə ki, onlar ərzaqların nəfəs almasına və gec xarab olmasına imkan yaradır.

Soğanı soyuducuya qoyarsanız, yumşalıb nəmli hala gələcək. Soğanları sərin və quru yerdə saxlamaq lazımdır. Yaşıl soğanın tərkibində maye çox olduğu üçün soyuducuda saxlamaqda problem yoxdur. Həmçinin soğan və kartofları ayrı-ayrı yerlərdə saxlamalısınız. Çünki ikisi birlikdə olanda tez xarab olurlar.

Avakodanın daha dadlı olmasınız istəyirsinizsə, onları soyuducudan uzaq saxlayın. Amma tam yetişmiş avakoda almısınızsa, onu rahatlıqla soyuducuya qoya bilərsiniz.

Soyuducuda uzun müddət qalan sarımsaq cücərməyə başlayır. Sarımsağı daha sərin və quru yerdə saxlamaq lazımdır.

Soyuducuda qalan çörək daha tez quruyur. Əgər dilimlənmiş çörək deyilsə, onu çörək qabında və ya buzxanada saxlamalısınız. Soyuducuda saxlanılan çörək 4 gün ərzində yeyilməlidir. Soyuducuya qoyulan çörəyi bir paketə büküb qoyun. Buzxanadan çıxarandan sonra onun açılmasını gözləyin.

Zeytun yağı da sərin və quru bir yerdə saxlanılmalıdır. Lakin soyuducuda saxlamaq olmaz. Çünki soyuducuda qalan zeytun yağı qatılaşır.

Qəhvəni soyuducuya qoyarsanız, bütün dadını itirər və oradakı bütün yeməklərin qoxusunu özünə çəkər. Onu da sərin və quru mətbəx dolabında saxlayın. Beləcə təzəliyini və ətrini qoruyacaq. Lakin qəhvə çoxdursa, onu buzxanada saxlaya bilərsiniz.

Balı soyuducuda saxlamağa heç gərək yoxdur. Ağzını kip bağladıqdan sonra istədiyiniz qədər soyuducudan kənarda saxlaya bilərsiniz. Bal soyuducuda qalan zaman donur və kristallaşır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm