Arıqladan möcüzə: Yumurta
Bizi izləyin

Tabloid.az

Arıqladan möcüzə: Yumurta

Yumurta həm tox saxlayır, həm də əzələləri qoruyub daha çox yağ itirməyimizə səbəb olur

Diyeta saxlayarkən ən çox ac hissetməkdən əziyyət çəkirik. Ancaq araşdırmalar göstərir ki, yumurta bu problemi həll edir. Belə ki, yumurta həm tox saxlayır, həm də əzələləri qoruyub daha çox yağ itirməyimizə səbəb olur.

Yumurta ana südündən sonra tərkibində ən çox protein olan qidadır. Həmçinin tərkibində bol miqdarda A, B, D, E vitaminləri var.

Diyeta saxlayan və ya sağlam həyat üçün yumurtadan istifadə edənlər onu sosis, kolbasa kimi qidalarla yeməməlidir. Pomidor və bibəri doğrayıb, üzərinə yumurta vuraraq bişirdikdən sonra yeyə bilərsiz. Ən yaxşı üsul isə yumurtanı suda qaynatmaqdır. Bu zaman onun çox bişməməsinə diqqət edin. Az bişmiş yumurtada vitaminlər daha çox qalır.

Bir sözlə diyetanıza mütləq yumurtanı da əlavə edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm