Demet Akalın Sərdardan qızının heyfini çıxdı
Bizi izləyin

Tabloid.az

Demet Akalın Sərdardan qızının heyfini çıxdı

Türkiyəli məşhur müğənni Demet Akalın şok açıqlamalar verib

Türkiyəli məşhur müğənni Demet Akalın şok açıqlamalar verib.

Tablioid.az xəbər verir ki, Sərdar Ortacın və Sinan Akçılın yeni albomlarını aldığını deyən müğənni hələlik bəyəndiyi bir mahnı tapmadığını bildirib:

“Ortaçın albomunu sənətdə 20-ci ili olduğu üçün aldım, toyuna gedə bilməyəcəyəm. Həftə sonuna toy salarlar? Elə bil biz getməyək deyə. O gün konsertim var. Toya dəvət olunanların çoxu eyni problemi yaşayacaq”.

Müxbirlərin “hədiyyənizi almısınız?” sualına Demet Akalın belə cavab verib:

“Qoy bir fikirləşim. Ortac toyda mənə nə hədiyyə eləmişdi? Hira doğulanda da heç bir şey almayıb. O, təkcə çiçək göndərir. Adam simicdi. Amma sevgililərinə yaxşı pul xərcləyir”.

Qeyd edək ki Sərdar Ortacla həmişə dost münasibətində olan Demetin bu açıqlamaları hamını təəccübləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm