• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Yuxuda keçmiş sevgilisini görənlər ayrılığa və ya toya hazır olun

Yuxuda keçmiş sevgilisini görənlər ayrılığa və ya toya hazır olun

Sevgilisi olanlar üçün yuxuda əvvəlki sevgilini görməyin yaxşı olmadığı söylənilir. Çünki bu ayrılığa işarə ola bilər. Bəzi yuxu yozanlar isə əvvəlki sevgilinizi yuxuda gülərkən görməyin ondan yaxşı xəbər alacağınıza işarə verdiyini deyir. Yuxuda əvvəlki sevgilinizlə gəzmək isə arzu və muradınıza çatacağınıza işarədir. Əvvəlki sevgilinizlə dava edirsinizsə, bu evlilik kimi yozulur.

Yuxunuzda uşaqlıq sevgilinizi görmüsünüzsə, bu münasibətinizdə bağlılığınızın zəif olmasına və ya sizin azad təbiətli olduğunuza işarədir.

Əgər yuxuda əvvəlki sevgilinizi sizi incidən, yaxud sizə qarşı laqeyd halda görmüsünüzsə, onu rahat buraxmağınız və onu düşünməməyiniz anlamına gəlir.

Yuxuda əvvəlki sevgilinizin sizi qaçırdığını görmək sizə qarşı hələ də hissləri olduğu mənasına gəlir.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR