Humay Sibel Candan nümunə götürdü Fotolar
Bizi izləyin

Tabloid.az

Humay Sibel Candan nümunə götürdü Fotolar

Tarzən, müğənni Humay Qədimova yüzlərlə mahnıya məlahətli səsi ilə nəfəs verən Şövkət Ələkbərovanın repertuarından mahnı oxuyacaq.

Tarzən, müğənni Humay Qədimova yüzlərlə mahnıya məlahətli səsi ilə nəfəs verən Şövkət Ələkbərovanın repertuarından mahnı oxuyacaq. Hələlik mahnının adını gizli saxlayan sənətçi onun son illərdə az ifa edildiyini dilə gətirdi.

“Mahnı valsla başlayır. Düşünürəm ki, bu, mahnı gənclərin həyatında xüsusi əhəmiyyət kəsb edəcək. Bu səbəbdən də musiqiyə müasir ritmlər əlavə etmişik. Hazırda aranjeman olunur. Güman ki gələn həftə mahnı lentə yazılacaq”.

H.Qədimova klassikaya müraciətin bundan öncəki ifalara yaranan tələbatın davamı olduğunu söylədi:“İlk səsləndirdiyim mahnı gözəl səsi olan Elmira Rəhimovanın repertuarından “İntizar” olmuşdu. Sonra xalq artisti, korifeyimiz Zeynəb Xanlarovanın səsləndirdiyi iki məşhur mahnını oxudum. İnsanlarda mahnıya sevgini gördüm. Mənim ifamda klassik mahnıların uğurlu alındığı söylənıldi. Ona görə repertuarımı bu janrda mahnılarla yeniləyirəm”. Öyrəndik ki, o yaxın aylarda mahnıya klip çəkdirməyi də düşünür.

Şövkət Ələkbərovanın mahnıları illər keçsə də, dinlənilir. Xatırladaq ki, bir müddət öncə Türkiyəli məşhur Sibel Can da korifey sənətkarın “Qəbahətin böyükdür” mahnısını repertuarına daxil etmişdi.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm