Sultan Süleymanın oğlunun evini kanalizasiya suyu basdı
Bizi izləyin

Tabloid.az

Sultan Süleymanın oğlunun evini kanalizasiya suyu basdı

Mehmet Günsür evindən köçmək məcburiyyətində qaldı

İstanbulda Zekeriyaköy məhəlləsində ailəsiylə birgə yaşayan türkiyəli aktyor, "Möhtəşəm yüz il" serialında Sultan Süleymanın oğlu Mustafanı oynayan Mehmet Günsürün evini kanalizasiya suyu basıb.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Günsür ailəsi dərhal evi təmizlədib. Ancaq ev təmizləndikdən sonra da kanalizasiya suyunun qoxusu çəkilməyib.

Mehmet Günsür evdəki pis qoxudan qurtulmaq üçün son çarə olaraq evdən köçməyə qərar verib. Ailəsiylə birgə yeni aldığı villaya köçən aktyorun evində hazırda dekorativ işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm