Prezidentin cazibədar sevgilisi haqda maraqlı məlumatlar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Prezidentin cazibədar sevgilisi haqda maraqlı məlumatlar - FOTOLAR

Bu qadını qızıl və brilyantlarla bəzədilən qüsursuz zinət əşyası hesab edirlər. Onda bir qadının arzulaya biləcəyi hər şey cəmlənib. Gözəllik, istedad, xarakter... Lakin qadın xoşbəxtliyinin əsasını gözəl ailə həyatı təşkil etdiyini nəzərə alsaq, Kabayeva

Bu qadını qızıl və brilyantlarla bəzədilən qüsursuz zinət əşyası hesab edirlər. Onda bir qadının arzulaya biləcəyi hər şey cəmlənib. Gözəllik, istedad, xarakter... Lakin qadın xoşbəxtliyinin əsasını gözəl ailə həyatı təşkil etdiyini nəzərə alsaq, Kabayevanın bəxtinin gətirib-gətirmədiyini dəqiq deyə bilmərik. Çünki Kabayevanın Putinin potensial gələcək həyat yoldaşı olduğunu deyirlər. Halbuki özləri bunu qəti şəkildə inkar edir.

Məşhur idmançı Alina Kabayeva bədii gimnastika üzrə olimpiya çempionu, teleaparıcı, eyni zamanda Dövlət Dumasının deputatı və bütün bunlardan əlavə Rusiyanın ən nüfuzlu qadınlarından biridir. İdman karyerasına son qoyub siyasi fəaliyyətə başlamağına baxmayaraq, Alina Kabayevaya layiq olduğu dünya şöhrətini məhz idman gətirir. O, 1983-cü il, mayın 12-də Daşkənddə dünyaya gəlib. Bu yaxınlarda 31 yaşı tamam olub. “9 don” layihəsi çərçivəsində bu həftə Alina Kabayeva haqqında və onun gözəllik sirrlərindən bəhs edəcəyəm.

Alina Kabayevanın gimnastika ilə məşğul olması da təsadüfi deyil. Belə ki, o peşəkar idmançı ailəsində göz açıb. Alinanın anası Özbəkistanın milli basketbol yığmasında çıxış edir, atası isə 80-ci illərin “Paxtakor” futbol klubunda oynayırdı. Amma ana qızını ya fiqurlu konkisürmədə, ya da bədii gimnastikada görmək istəyirdi. Alina bu idman növü ilə çox erkən, üç yaş yarımdan etibarən məşğul olmağa başlayır. Ailənin tək uşağı deyil, çempionun özündən kiçik bacısı var. Hansı ki, o da özünü idman sahəsində sınayıb. Qılıncoynatma və bədii gimnastika ilə məşğul olsa da, mühüm zirvələrə çata bilməyib.

Alina Kabayeva Rusiya gimnastika yığması arasında İrina Vinerin sevimlisi idi. Məşqçi Alina Kabayevada heç kimin görmədiyi, inanmadığı fərasətlərini görür və onun gələcəkdə uğurlar qazanacağını əvvəlcədən duyurdu. Alina Kabayeva dünyada yeganə gimnastdır ki, onun adı Ginnesin Rekordlar Kitabına daxil edilib: 15 yaşlı qızcığaz böyüklər arasında keçirilən yarışmada Avropa çempionu olub. İdman və ictimai-siyasi fəaliyyəti ilə yanaşı, Alina iki ali təhsil alıb. 2007-ci ildə idman karyerasını başa vurur və Moskva Dövlət Universitetinin idman menecmentliyi üzrə mütəxəssis diplomu alır. 2009-cu ildə isə Sankt Peterburq Dövlət Universitetinin bədən tərbiyəsi fakültəsini bitirir.

Siyasi fəaliyyətinə gənc yaşından başlayır.18 yaşında “Vahid Rusiya” partiyasının Ali Şurasının üzvü seçilir. Gimnast sonralar Rusiya Federasiyasının ictimai palatasının və xeyriyyəçiliyin inkişaf məsələləri üzrə üzvü, bir müddət sonra isə Dövlət Dumasının millət vəkili olur. Alina Kabayeva indi gənclərin işləri üzrə komitədə işləyir. İdmançı Alina Kabayeva “Xeyriyyə fondunun” rəhbəridir, həmçinin qaynar xətt vasitəsilə kənd kitabxanalarına kömək edir. 2008-ci ildə sevimli idmançı “Uğura gedən addım” teleşousunun aparıcısı olur. Onun xidmətləri bununla bitmir. Kabayevanın “Vətən qarşısında Xidmətlərinə Görə” IV dərəcəli ordeni də var. Gimnast “Qırmızı kölgə” yapon filmində nindzya rolunda çəkilib.

Gimnastika kraliçasının stili və gözəllik sirləri

Əfsanəvi gimnast idmanla sağollaşıb millət vəkili seçiləndən sonra stilində köklü dəyişiklik edir. İdman karyerasını başa vuran Alina demək olar ki, müsahibə vermir, nadir hallarda ictimai yerlərdə görünür. Bu baxımdan onun stilini təhlil edib, geniş şərh verə bilməyəcəm. Lakin o, işıq üzünə çıxırsa, parlaq və daha incə üslubda hazırlanan geyimlər üzərində dayanır, iş geyimləri isə klassik və daha ciddi olur. 2010-cu ildə “Vogue” jurnalının üz qabığına çəkilməsi də əsl sensasiya doğurur. Bu müsahibədə “Victoria Beckham”, “Emilio Pucci”, “Hervé Léger”, “Balmain” kimi moda evlərinin sevimli brendləri olduğunu söyləmişdi. “Anamın sevimlisi olduğum üçün məni hər zaman, hətta evdə də gözəl geyindirirdi. Atam futbolçu olsa da, yaxşı zövqü var idi, səfərdən qayıdanda mənə həmişə qəşəng paltarlar gətirərdi. Əgər nə isə qazanırdımsa, son qəpiyinə qədər pulların hamısını paltara xərcləyirdim. Əlavə gözəlliyə ehtiyacım yoxdur, lakin parıltılı geyimləri xoşlayıram. Mənim öz tərzim var. Moda gəlir və qayıdır, stil isə hər zaman qalır”.

Hətta yarışlarda geyindiyi kostyumlarda da qlamur görünməyə can atan Kabayeva, deputat olduqdan sonra ciddi iş geyimlərində görünür. “Oraya dekoltedə gələ bilməzsən. Bu işə və həmkarlarıma hörmət edirəm. Gənc olsam, parlaq paltarları sevsəm də, ciddilikdən kənara çıxmaq istəmirəm”.

Bədii gimnastikanın kraliçası qidalanmasına da xüsusi fikri verir. Arıqlamaq istəyəndə qarabaşaq, su və meyvə ilə qidalanır. Yaşıl çay içir. Balıq və toyuq yeməklərini xoşlayır.

İdman karyerasına həmişəlik əlvida desə də, işdən sonra yorğunluğu gimnastika ilə atır. Həftədə iki dəfə idmanla məşğul olur. “Mən superwomen deyiləm, lakin gimnastikasız yaşaya bilmərəm. Əgər mütəmadi olaraq məşğul olmasam, müəyyən vərdişləri itirə bilərəm. Ciddi pəhriz saxlayırsınızsa, idmanla məşğul olmaq olmaz. Çünki halsızlıq yarada bilər.”

Prezidentin sevgilisi

Kabayevanın adı dünyanın ən seksual siyasətçilərinin reytinqinə dəfələrlə başçılıq edib ki, bu da onun şəxsi həyatına daha böyük marağa səbəb olur. Putinin tanınmış gimnast qadın, eyni zamanda DUMA-nın deputatı olan Alina Kabayeva ilə münasibəti barədə yerli və əcnəbi mətbuatda bir çox yazılar dərc edilib. Hətta onları birləşdirən iki uşaqlarının olduğu iddia edilsə də, hər ikisi sevgili olduqlarını inadla inkar edirlər. Bütün bu söz-söhbətlərə baxmayaraq bu fakt hələ ki, təsdiqini tapmayıb. Alina özü müsahibəsində həyatında başqası olduğunu söyləyib. “Şükürlər olsun ki, həyatımda sevdiyim insan var və çox xoşbəxtəm. Sevginin əhatəsində yaşayıram. Amma çox sevinmək də olmaz. Çünki sən xoşbəxtliyini ürküdə bilərsən... ”

Öz ölkəmə görə, xəcalət çəkmirəm

Bu cür söz-söhbət böyük qalmaqala səbəb olsa da idmançının məşhurluğunun xeyrinə işləyir. Alina Rusiyanın ən varlı qadınları siyahısına da daxildir. Rus mətbuatı onun 2013-cü ildə 10, 7 milyon rus rublu qazandığını iddia edir. “Mənim çiyinlərimdə böyük idman karyerası yatır və mən reklamdan da gəlir əldə edirəm. Bu sıfırlar buradan qaynaqlanır. Kasıb deyiləm, lakin qazandığım pullar ağır zəhmətimin bəhrəsidir. İnsan haqqları və qanunlar pozulursa, mən ədalətin bərpa olunmasına çalışıram. Buna qanuni yolla nail oluram. Məmurlara çata bilməyən insanların müxtəlif problemlərini həll edirəm. Hələ idmançı olanda mənə hərdən bədii gimnastikaya pul ayrılması üçün hər hansı qubernatora müraciət etməyi xahiş edirdilər. Onlara bu məsələ ilə bağlı müraciət edəndə bəzən xahişimi yerinə yetirir, bəzən isə yerinə yetirmirdilər. Lakin qanunla nəzərdə tutulmuş səlahiyyətləri olan Dövlət Dumasının deputatına etiraz etmək artıq çətin məsələdir”.

Mən prezidenti həmişə dəstəkləmişəm və hörmət edirəm. Vaxt göstərir ki, biz düz seçim etmişik. Onunla aramızda gəzən söz-söhbətləri jurnal və qəzet redaktorları reytinqlərini qaldırmaq üçün yayırlar. Bir qadın kimi mənə çox pis təsir edir. İnternetdə yayılan bu cür xəbərlərə hərdən gülüb keçirəm. O, kiminsə xoşuna gələ, kiminsə xoşuna gəlməyə bilər. Bunu normal qəbul etmək lazımdır. Lakin bu danılmaz faktdır ki, Rusiyada əhalinin mütləq əksəriyyəti Putini bu gün də dəstəkləyir. İnsanlar ölkədə xeyli dəyişikliyin baş verdiyini, beynəlxalq aləmdə səsinin gücləndiyini görürlər. İdman sahəsi daha inkişaf edir... Öz ölkəmə görə, xəcalət çəkmirəm!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm