Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu geyimlər qadınların bədən quruluşunu çox cəlbedici göstərir - FOTOLAR

Peplum – Qədim Romada qadınların üst geyimi olub. O, qadın bədəninin bütün çatışmazlıqlarını, beldəki piyləri məharətlə gizlədən qəşəng, bəzəkli, büzməli əlavədir. Bu əlavənin əsas məqsədi qadınların əsas ləyaqətini, yəni, bədən quruluşunu daha zərif və x

Peplum – Qədim Romada qadınların üst geyimi olub. O, qadın bədəninin bütün çatışmazlıqlarını, beldəki piyləri məharətlə gizlədən qəşəng, bəzəkli, büzməli əlavədir. Bu əlavənin əsas məqsədi qadınların əsas ləyaqətini, yəni, bədən quruluşunu daha zərif və xanım-xatın göstərməkdən ibarətdir. Peplum (onun başqa adı "basque"-dir) köynəklərin balaqlarına, donların bel hissəsinə, hətta pencək və jaketlərin də aşağı hissəsinə tikilə bilər.

Bu ətəklərin məqsədi estetik cəhətdən təkcə bədən quruluşuna diqqət cəlb etmək deyildi, onun həm də bir neçə funksiyaları da mövcud idi. Ətəyin üzərindəki əlavə geyimi küləkdən və palçıqdan qoruyurdu. Vaxtı ilə peplum həm kişi, həm də qadın bəzəyi olub.​

2012-ci ildən peplum dəbi qayıdır və 2-ci qızıl dövrünü yenidən yaşayır. Nazik və zərif volanlara demək olar ki, yaz dəfilələrinin hamısında rastımıza çıxır. Bu gün peplumun necə yaranması, dəbə düşməsinin tarixi haqqında danışacağam.

Peplum dəb tarixinə 19-cu əsrdən daxil olub. Amma məhşurluğunun zirvəsini 1940-ci ildə yaşayır. 1980-ci illərdən vitrinlərdən itən peplum qarşıdan gələn aylarda yenidən öz yerini möhkəmlədəcək. Yenidən dəbə qayıtmaqla gündəlik qarderobun funksional geyim əşyasına çevrilir, həm də ziyafət libasları üçün material olur. Qeyd etmək lazımdır ki, peplum istənilən cansıxıcı obrazı romantik göstərməyə qadirdir.

Dəbdən anlayışı olmayanlar hesab edir ki, peplum son dövrlərin ixtrisadır. Halbuki, peplumun tarixi antik dövrələrə gedib çıxır. O zamanlarda müxtəlif qumaşlar yunan və roma modapərəstləri arasında olduqca dəbdə idi. Peplum yunan dilindən “peplus” sözündən götürülüb. Peplus Antik şəhərlərdə tunikin üzərindən geyinilən qumaşa deyilir. Əvvəllər yüksək təbəqənin xanımları öz paltarlarını qumaşla bəzəməyi çox sevirdilər.

Пеплум в Древней Греции

Peplum baskların (İspaniyanın şimalında və Fransanın cənub-qərb ərazisində yaşayan qədim xalq) milli geyimlərinin bir elementidir. Basklı qadınlar milli ətəyin üstünə bəzəkli qumaşlar əlavə etməyi xoşlayırdırlar. Onu rəngli parçalardan tikərdilər, beləliklə də hər qadına özünü özəl hiss etməyə imkan verirdi. Peplum getdikcə başqa ölkələrin geyim mədəniyyətinə də daxil olur.

XVII век

Basklar əvvəlcə kişi kostyumlarında istifadə edilirdi, daha sonra bu element qadın qarderobuna keçir. Amma onlar 18-ci əsrdə məhz fransızların sayəsində dəbə minir. Bask 19-cu əsrdə üst geyim kimi geyinilən büzməli və qabarıq önlüyün bir növüdür.

XIX век

Baskı podiuma XX əsrdə İspaniyanın şimalında doğulan (basklar ölkəsində) ispan modleyeri Kristobal Balensiaqa gətirir.

Cristóbal Balenciaga

1947-ci ildə Kristian Dior özünün zərif "New Look"-unu yaradır. Qabarıq ətək və jaketin balağındakı basklar (peplum) həm beli nazik göstərir, həm də obraza eleqantlıq bəxş edirid. Basklı jaketlər markanın ayrılmaz elementi kimi tarixə düşüb. Bu günə qədər Dior moda evinin demək olar ki, hər kolleksiyasında rastımıza çıxır.

Christian Dior

Bir neçə onillik basklar kölgədə qalır, sadəcə hərdən bir dizaynerlərin kolleksiyasında görünürdü. 70-ci illərdə İv Sen Loran (Yves Saint Laurent) safari gödəkçələrini daha oynaq göstərmək üçün bask elementindən istifadə edir. Bu gün isə basklar yay-yaz geyimlərinin əsas trendlərindən birinə çevrilib.

Fall 2012:Lanvin, Stella McCartney, Zac Posen, Carolina Herrera

Yaxın zamanlarda peplumun bir neçə növü vitrinləri işğal edəcək: ciddi, həndəsi xətlər, gur dalğalar, həmcli lentlər və.s. Bundan başqa modleyerlər təkcə ətəklərə deyil, şalvarlara, hətta şortlara da bu elementi əlavə ediblər.

Street Style

Ofis geyimlərində - Əgər söhbət ciddi ofis deress-kodundan gedirsə, siz casərtlə qara dar şalvar, uzunboğaz dəri çəkmə və aşağısı volanlı - peplum köynək geyinə bilərsiniz. Bu geyimdə siz işgüzar, eyni zamanda çox zərif görünəcəksiniz.

Qələm ətəklər - Ən gözəl vəhdəti şübhəsiz peplum, qələm-ətəklərdə müşahidə edirik. Qələm-ətəklər özlüyündə qadın qarderobunun ən incə detalıdır. Üst geyimin üzərindəki peplum əlavəsi, qum saatı effekti yaradır. Və elə onun nəticəsində qadın fiqurası qəşəng görünür.

Ziyafət libaslarında - Bir çox Hollivud gözəlçələri beli son dərəcə gözəl göstərən bu effektli əlavəyə üstünlük verirlər. “Oskar” və “Qızıl qlobus” kimi mükafatlandırma mərasimlərində cazibədar ulduzlar məhz bu detalın sayəsində füsunkar görünməyə nail olurlar. Dünya şöhrətli modelyerlər isə peplumun yeni-yeni obraz və fasonlarını tapmağa çalışırlar.

Dəbdəbəli ziyafət axşamlarında əyninizə kip oturan peplum seçin. Peplumun sayəsində ideal və mükəmməl bir görüntü əldə edə bilərsiniz. Qeyd etmək lazımdır ki, peplum həm arıq gənc qızlara, həm də ətli-canlı xanımlara yaraşır. Qarından budlara qədər olan bütün çatızmazlıqları gizləyir, qadınlığını artırır və cazibəli forma verir.

Ətəklər peplum dəbi – Peplum dəbinin ən önəmli məqsədi qadın bədəninin cizgilərini ölçülü biçimdə vurğulamaqdır. Əgər həddindən artıq kök deyilsinizsə, peplum demək olar ki, hər bədən tiplərinə uyğundur.

Bluz və pencəklər – Peplum bluzlarını istər gecə dəvətlərində, istəsə də gündüz işə gedərkən rahatlıqla geyinə bilərsiniz. Onu qələm ətək və dar şalvarla çox rahat uyğunlaşdırmaq olar. Bluzu təkcə ətək və şalvarın üstündən deyil, sadə, düz donun üstündən də geyinə bilərsiniz.

Peplum donlar – Bəzən dəbin tez ötüşən trendlərinin sürətinə çata bilmirik. Köhnə modellər illər sonra yenidən gündəmə gəlir. Amma peplum haqqında bunu deyə bilmərik. Peplum dəbinin 19-cu əsrdən etibarən var olduğunu düşünsək, onu klassika da adlandırmaq mümkündür.

  • Budları nazik olan arıq qızlar istənilən enlikdə biçilmiş peplum geyinə bilərlər.
  • Yumru ombalarınız varsa, peplum tünd tonlarda seçilməlidir.
  • Yüksək bel ətəklər qarnı gizləməyə yardım edəcək.
  • Geniş budları olan xanımlar isə peplumu aşağıda bitən modellərə üstünlük verməlidir.
  • Peplum budlarda üfüqi xətt yaratdığı üçün ayaqları vizual oaraq qısa göstərir. Özünüzü bundan maksimum siğortalamaq üçün balağı topuqda bitən və daha uzun ətəklər seçə bilərsiniz. Məsələn, Dio-un 1947-ci ildə ki, klassik variantı kimi.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm