• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Özcan Dənizin ən sevimli qadını - FOTOLAR

Özcan Dənizin ən sevimli qadını - FOTOLAR

Onu “Haziran gecəsi” serialından sonra tanımaq şansımız olur. Bu serialda oynaması da tamamilə təsadüf nəticəsində baş verir. Adı və doğum tarixi serialdakı hadisələrlə uyğunlaşır. Belə ki, Özcan Deniz filmdə ləl-cəvahirat dizaynerliyi ilə məşğul olur. Nazın soyadı və avqustda (haziran - avqust deməkdir) dünyaya gəlməsi rejissorları təəccübləndirir. Əslində, 3-cü təsadüf də var. Qeyri-adi üz cizgiləri olmasaydı, bəlkə də seçimlərdən keçməzdi... Zümrüd gözləri Özcan Denizi sözün həqiqi mənasında məftun edir. Hətta onu Türkiyənin ən gözəl üz cizgilərinə sahib olan qadını da adlandırır. “Belə bir sözün qarşısında utanır, eyni zamanda da çox sevinirəm”.

Onlar haqqında daha nələr yazılmır...

Beləliklə, “9 don” layihəsi çərçivəsində bu gün Naz Elmasın gözəllik sirləri və həyatı haqqında yazmağa çalışmışam. Onun şəxsi həyatı haqqında çox az material tapa bildim. Buna görə oxucular məni qınamasın, gecə həyatında uzaq olduğu üçün mətbuata çox az material verib.

Naz Elmas 1983-cü ildə İstanbulda müasir düşüncəli ailədə dünyaya gəlib. Atası kitab rəssamlığı, anası pedaqoq, nənəsi isə reklam sahəsi ilə məşğul olub. Özündən 8 yaş böyük bacısı Aslı Elmas bank sektorunda işləyir və Amerikada yaşayır. İstədiyi hər şeyi edir və həyatdan zövq ala bilir. Amma sevgi oxları həmişə daşa dəyir. Kişilərin xəyanətini başa düşmək, bəzi hallarda isə bağışlamaq olar. Vay o gündən ki, ən böyük zərbəni dostundan və sevgilindən eyni anda görəsən... Bu hadisədən o qədər təsirlənir ki, telefonunu söndürüb günlərlə evdən çıxmır.

“Valideynlərim çox anlayışlı insanlardır. Çəkilişdən evə gedəndə özümü hələ də evin balacası kimi hiss edirəm. Seçimlərimizdə son qərarı özümüz veririk. Bizə dayaq olmalarına baxmayaraq, öz həyatımızı qurmağa mane olmayıblar. Yəni, həm var, həm də yox kimidilər. Sənədlərimi Konservatoriyaya vermək istədiyimi deyəndə bir az gurultu yaşamışdıq. Bu işin öhdəsindən gələ biləcəyimi deyəndən sonra seçimimə hörmətlə yanaşdılar”.

2001-ci ildə Özel Kalamış Lisesinin məzunu olur. Eyni ildə Yeditəpə Universitetinin teatr fakültəsinə daxil olur. “Səhnə qədər hörmət etdiyim 2-ci yer yoxdur. Teatr aktyor və aktrisalarının əli öpüləsi insanlardır. Buna görə də serial sahəsində işləyənləri teatra dəvət edirəm. Əsas kütləyə xitab etmək budur. Canlı performansın yeganə xammalı sizsiniz. Səhvlərinizi heç kim örtə bilmir. Teatr aktyorları, bir də həkimlər mənim nəzərimdə müqəddəs şəxsiyyətlərdir. Kareyerama serialla başlasam da, özümü təsdiq edə biləcəyim tək yer səhnədir”. Gənc aktrisa 2004-cü ildə “Haziran gecəsi” serialında baş rola çəkilir. Cem Yılmazın “G.O.R.A” filmində rol alır. “Candan öte” , “Doktorlar” kimi məhşur seriallarda çəkilir. Seriallardan əlavə, bir çox reklamlarda rol alıb.

Bir gün bacarıqsız olmaqdan çox qorxur. Buna görə də özünü dayanmadan inkişaf etdirir. Onlarla kitab oxuyur, ingilis dilini təkminləşdirir və real həyatda baş verənləri izləyir. “Açıq-saçıq səhnələrin necə olmasını rejissor və aktyor müəyyənləşdirir. Yəni, sevişmək əsas şərt deyil. Məsələn, ssenarinin gedişatında lazım olmayan sevişmə səhnələrinin olmasının əleyhinəyəm. Filmi bu səhnə ilə gündəmə gətirməyi düşünürlərsə, yox deyərəm!”

Havin rolunu oynaya bilmək üçün deyilənlərə görə, üzünü dəfələrlə estetik əməliyyat etdirib. Amma köhnə fotoları ilə yeniləri ilə yan-yana qoysaq, arada saç fərqindən başqa nə isə görə bilmərik. Gözəllik onun üçün böyük əhəmiyyət kəsb etmir. Aktrisa olduğu üçün bədənində hər hansı bir dəyişiklik etmək fikri yoxdur. “Həyatımda heç estetik əməliyyat etdirməmişəm, heç vaxt da etdirmərəm! Həm həkimlərdən, iynə -dərmandan çox qorxuram”.

İlk sevgilisi ilə universitetdə tanış olublar, 3 il görüşdükdən sonra ayrılırlar. Həyatındakı ilk kişi o idi. Serial başlamazdan əvvəl ayrılıblar. Nazın karyerasının məsələ ilə qətiyyən əlaqəsi olmayıb. Onlar sevərək ayrılan cütlüklər siyahısına daxildir. “Bir-birimizdən heç nə güdmürdük, hisslərimiz çox saf idi. Bundan sonra belə bir eşq yaşamaq çətin məsələdir. Bitsə də, xatirələrimdə hələ də yaşayır. Məni ucuz insan zənn etməsinlər, gündə biri ilə görüşən, flirt edən, heç nəyi vecinə almayan biri deyiləm!”

Özcan Denizlə bir ara eşq, məhəbbət yaşadıqları dedi-qoduları çıxır. Amma Naz hər dəfə inkar edir. Onları dostluqdan başqa heç nəyin birləşdirməyini söyləyir: “Bu yola çıxdığım andan Özcan hər zaman yanımda oldu. Mənim üçün çox dəyərli insandır, yerində başqası olsaydı, özümü yaxşı hiss etməzdim. Ulduz olmasına baxmayaraq, istiqanlı adamdır. Onun yeri qəlbimdə başqadır...”

Naz Elmas bir müddət gündəmdən düşür, heç kəsin gözünə görünmür. Naza həm rəfiqəsi, həm də sevgilisi xəyanət edir. Umut Eker Nazın yaxın dostu model Didem Soydanla görüşür. Bu hadisədən sonra dərin depressiyaya düşür.

Naz Elmasın son sevgilsinin müğənni Bengünün yeni ayrıldığı Akın Altan olduğu dedi-qoduları yayılmışdı. Amma onu gecə dəvətdən çıxarkən başqa kişi ilə birlikdə görürlər və dərhal çəkməyi unutmurlar.

“Həyatı ciddi qəbul etmirəm. Gördüyüm işlərin üstündə çox zəhmət çəkirəm, heç bir anımın boşa getməsini istəmirəm. Eyni şeyi qarşıdakı insandan umuram. Vaxtımı boş yerə xərcləmirəm. Doğru yerdə, doğru zamanda və doğru insanlarla olmaq çox önəmlidir. Qarşındakının nə zaman yalan danışdığını, məni nə qədər sevdiyini, bezdiyini çox tez hiss edirəm. Düşündüyümü üzə deyirəm.

Kiməsə boş yerə sevgimi etiraf etmirəm. Əgər sevirəmsə, bunu söyləmək üçün qarşı tərəfin sevgisini hiss etməliyəm. Asanlıqla aşiq olanlardan deyiləm. Çünki özümə hörmət edirəm. Yaşım artdıqca özümü daha yaxşı dərk edirəm. Bəzi eşqləri özümüz öz gözümüzdə böyüdürük. Məsələn, gənc qızlar sevgilisinin qulağındakı ucuz sırğaya belə heyranlıqla baxır.

Bir adamı unutmaq üçün 4-5 il lazım olur. Sevgi tez vaz keçə biləcəyin hiss deyil. Şəxsən mən aşiq olduğum insanı yaxından tanıdıqca necə dəyişdiyinə baxmağı sevirəm. Hər gün yeni bir xüsusiyyətini kəşf edirəm...”

Moda ehtirası o qədər böyükdür ki, gələcəkdə bu sənətə yiyələnmək fikrindədir.

“Geyim səni tanımayan birinə özünü yaxşı tərəfdən göstərmək baxımdan çox önəmlidir. İnsanların geyiminə nəzərə salanda necə şəxsiyyət olması haqqında fikir formalaşır. Uşaqlıqdan geyimlərimə xüsusi həssaslıqla yanaşmışam. Ancaq marka xəstəliyinə tutulmamışam. Ucuz qəlbi olan birini də bahalı geyimlər bəzəyə bilər...”

Adətən çox rəngli geyinmək yerinə, sadə və klassik üsluba üstünlük verir. Qadınlığı büruzə verən geyimlərdən xoşu gəlir. Sadəliyin içində nəzərə çarpan aksessuarları diqqətlə seçir. Anasının zövqünə çox güvənir. Evdən çıxmazdan əvvəl necə göründüyünü ondan soruşur. “Mənim ağlıma gəlməyəm şeyləri o, düzəldir. Anamın köhnə fotolarındakı geyimləri çox bəyənirəm. Uşaqlıqdan öz istədiyim modelləri dərziyə tikdirərdim. Bu ənənə hələ də davam edir. Gələcəkdə öz imzamı daşıyan marka təsis etmək istərdim. Hər kəsin bir tərzi var, heç bir kişiyə görə, stilimi dəyişdirmərəm”.

Bəzilərinin pulları bankda, seyfdə yatır, bəziləri də daşımaz əmlaka xərcləyir. Zümrüd gözlü, cazibədar aktrisanın sərvəti isə ayaqqabılarıdır. Hər zaman göz önündə olduğu üçün geyiminə fikir verir. Gözəl ayaqqabı görəndə bir çoxları kimi ağlını itirir və düşünmədən bütün pullarını ayaqqabılara tökür.

“İnsanın ağlı onu bütün bahalı şeylərdən gözəl göstərir. Daha sonra dünya görüşü, həyata baxışı gəlir. Əlbəttə ki, baxımlı xanımlar daha tez diqqət cəlb edir. Yaxşı görünmək üçün bədəni tanımaq və geyimləri də ona uyğunlaşdırmaq lazımdır. Gözəl görünməkdən ötrü çox əlləşmirəm. Gündəlik həyatda makiyaj etmirəm, həm də sevmirəm. Təbiiliyin tərəfindəyəm”.

Gözlərini qara qələmlə vurğulamağı xoşlayır. Bu zaman dodaq boyasına ehtiyac qalmır, dodaqlarının öz rəngi ilə kifayətlənir.

Ağır makiyajda çox olduğu üçün dərisinin nəfəs almamasından qorxur. Buna görə də tonal krem kimi kosmetik məhsullar istifadə etmir. Dərisini badam suyu ilə təmizləyir. Səhərlər üzünü südlü toniklə silir, sonra nəmləndirici çəkir.

Əvvəllər idmana heç marağı olmayıb, sadəcə yediklərinə fikir verib. İndi mütəmadi olaraq idman edir.

Çoxlu meyvə və tərəvəz yeyir. “Yediklərinizə fikir verməsəniz, kremlərin heç bir xeyri olmaz. Dərinin daha gənc qalmasını istəyirsinizsə, qida rasionunda balıq, pendir və meyvələri bol edin”.

Günəş şüalarından qoruyan kremlərə güvənmir. Buna görə də, saatlarla günəş altında qalmır. Ağ dərisi qış aylarında xüsusi ilə təbii və gözəl görünür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR