Bizdən yaxşısı yox!
Bizi izləyin

Tabloid.az

Bizdən yaxşısı yox!

Bu gündən tabloid.az portalı fəaliyyətə başlayır. Mədəniyyətdən, şou-biznesdən, musiqidən, dəbdən çox yazıldığı, danışıldığı dövrdə ortaya fərqli iş çıxartmaq çətindir.

Bu gündən Tabloid.az portalı fəaliyyətə başlayır. Mədəniyyətdən, şou-biznesdən, musiqidən, dəbdən çox yazıldığı, danışıldığı dövrdə ortaya fərqli iş çıxartmaq çətindir. Yəqin ki, çoxlarına da bu sahədən yazmaq asan gəlir. Əslində isə bu sahədən yazmaq, fərqli qrupların maraqlarına cavab vermək çətin və məsuliyyətlidir. Biz kollektivimizə inanaraq bu yola cıxdıq.

Tabloid.az şou-biznes xəbərləri, dəblə, mətbəxlə, sağlamlıqla bağlı maraqlı yazıları, cavan, təravətli qalmaq, təbiətin bəxş etdiyi gözəlliyi vaxtında qorumaqda köməyinizə gələcək məlumatları ilə görüşünüzə gəlir. Ekspertlərin ailə münasibətləri, uşaq tərbiyəsində yeni yanaşma, uşaq psixologiyasının daha yaxşı başa düşülməsi üçün məsləhət və tövsiyələri həm qadın, həm kişi oxucularımız üçün maraqlı olacaq. Əlbəttə ki, sağlam qidalanma ilə bağlı məsələlər həmişə diqqətimizdə olacaq. Vaxtaşırı dietoloqların formada qalmaq üçün, arıqlamaq üçün dəyərli tövsiyələrini sizlərlə bölüşəcəyik.

Dizayn rubrukamız evinin dekorasiyasını, mebelini, pərdəsini dəyişmək istəyənlərin lap ürəyincə olacaq. Rubrikamızda ən yeni dizaynlarla bağlı maraqlı fotosessiyalar yerləşdiriləcək.

Bundan başqa, tezliklə portalımız oxucular arasında çox maraqlı müsabiqələr də təşkil edəcək. Dadlı xörək bişirməyi bacaranlar, xarici görünüşündə dəyişiklik etmək arzusunda olanlar saytımızı xüsusilə izləsinlər.

Beləliklə, tabloid.az –la əylənəcəksiniz, məlumatlanacaqsınız, öyrənəcəksiniz. Tabloid.az-ın təqdimatında bu xəbərləri oxuyun! Bizdən yaxşısı yox!

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm