Nəcisdən əldə edilən gözəllik - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nəcisdən əldə edilən gözəllik - FOTOLAR

Bülbülün nəcisindən üz kremləri, buğanın spermasından isə saç kremi hazırlanır

Bülbülün nəcisindən üz kremləri, buğanın spermasından isə saç möhkəmləndirən vasitələr hazırlanıb.

Nəcis qoxusuna son – Yaponlar tərəfindən hazırlanan bu maraqlı həblər gigiyenik məqsədlə yaradılıb. Bu həblər 3 gündən sonra nəcis qoxusunun yox olmasına zəmanət verir. İlk 6 ayda həbdən 600 min satılıb. Təəccüblüdür, elə deyilmi?

Saç jelesi – Qorillanın burun seliyinin heç nəyə lazım olmadığını düşünürsünüzsə, yanılırsınız. Çünki ilk dəfə eşitdiyimiz zaman ürək bulandıran bu məhsul Meksikada saç jelesi kimi istifadə edilir. 8 dollara satılan bu məhsulu istifadə etdikdən sonra saçlarınızın qorillanın sacları kimi sərt və vəhşi görünə bilər.

Sinə kremi – Sinənin daha parlaq, təravətli görünməsi üçün istehsal edilib. Krem dərini canlandırır və qara nöqtələrin yox olmasını təmin edir. Üstəlik uzun müddətli istifadədən sonra kəssəniz, dəriniz daha parlaq qalmağa davam edəcək. Bu, böyük üstünlükdür...

Quş nəcisi ilə dəri qulluğu – Bülbül nəcisindəki “guanim” fermentinin əksər üz kreminin tərkibində olduğunu bilirdinimiz? Bu maddə sayəsində dəri daha parlaq və baxımlı görünür.

Pendir qoxulu pomada – Mərkəzi Nyu-Yorkda yerləşən bir firma tərəfindən istehsal edilən bu dodaq boyası eyni ilə pendir kimi qoxur. Siz də təcrübədən keçirmək istəyirsiniz?

Genital krem - Qadınların mütəmadi olaraq mübarizə aparmalı olduğu məqamlardan biri də xoşagəlməz tüklərdir. Bu krem də genital bölgədəki tüklərdən xilas olmaq məqsədilə hazırlanıb.

Dırnaq üçün günəşqoruyucu – Günəşin mənfi şüalarından qorunmaq üçün günəş eynəkləri və kremləri mövcuddur. Bəs niyə dırnaqlar da günəş şüalarından qorunmasın? Bu məhsul dırnaqlara boya kimi çəkilir və onlar da günəşdən qoruyur.

Buğa spermalı saç kremi – İnansanız da, inanmasanız da, İngiltərədə son zamanlarda gözəllik salonlarında saçları möhkəmləndirmək məqsədilə buğanın spermasındən istifadə edilir və bu dəb halını alıb. Bu kosmetik vasitə buğanın sperması və katera adlı bitkinin kökünün qarışığından hazırlanır. Qidalandırıcı və gücləndirici saç kreminə ustalar öz aralarında “saç viaqrası" deyirlər. Qiyməti isə 100 dollardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm