Qadınlar hansı halda qapını açmırlar?
Bizi izləyin

Tabloid.az

Qadınlar hansı halda qapını açmırlar?

İngiltərədə aparılan bir araşdırmaya görə, qadınlar ömürlərinin yarısını makiyajla keçirir. Hər 5 qadından biri makiyajsız olduğu zaman qapını belə açmır.

İngiltərədə aparılan bir araşdırmaya görə, qadınlar ömürlərinin yarısını makiyajla keçirir. Hər 5 qadından biri makiyajsız olduğu zaman qapını belə açmır.

İngiltərənin kosmetika şirkəti “Beurer”-in apardığı bir araşdırma qadınların makiyaj vərdişləri və gözəllik ritualları haqqında maraqlı nəticələr təqdim edib. Tabloid.az xarici mətbuata istinadən həmin nəticələri verir.

Əldə edilən məlumatlara görə, qadınların ömrünün yarısı makiyajlı keçir. 2000 qadınının iştirak etdiyi anketdə məlum olub ki, qadınlar adi bir günün 13 saatını makiyajla, 11 saatı isə makiyajsız keçirir. Anketdən əldə edilən nəticələrdən biri də qadınların hər səhər makiyaja təxminən 11 dəqiqəsini sərf etməsidir. Qadınlar adətən bütün günü 11 dəqiqə etdikləri makiyajla keçirirlər.

Anketin nəticələrinə görə, qadınların dördə biri makiyajlarını saat 23.00-a qədər təmizləmir. Beşdə biri makiyajsız halda heç kimə görünmür, hətta qapını belə açmadığını etiraf ediblər. Qadınların 10 faizi makiyajlı olanda özlərini daha yaxşı hiss etdiyini söyləyiblər. Qadınların 38 faizi isə hər səhər makiyaj çəkib, hər axşam təmizləməkdən təngə gəlib. Bütün bunlara baxmayaraq, araşdırma bir daha makiyajın qadın həyatında nə qədər əhəmiyyətli olduğunu göstərir. Qüsursuz və gözəl xanımların bəxti isə gətirib. Çünki makiyajdan ən az istifadə edən məhz onlardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm