Bu köynəklər yayın dəb zirvəsini işğal edəcək – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bu köynəklər yayın dəb zirvəsini işğal edəcək – FOTOLAR

Bu köynəklər yayın dəb zirvəsini işğal edəcək

2014-cü il yayında klassikləşən ağ-qara zolaqlı geyimlər olduqca populyardır. Breton bluzlar, yəni, ağ-qara zolaqlı köynəklər ilin brendi olmaq özəlliyinə sahibdir. Bu gün ağ-qara zolaqlı geyimlərin modaya necə daxil olması haqqında danışacağıq.

Breton bluzların tarixçəsi olduqca maraqlıdır. Fransız donanmasının əsgərlərinin uniformaları onların həyatını xilas etmək məqsədilə yaradılıb. Belə ki, forma dənizə düşən əsgərlərin aydın görünməsi və onları tez xilas etmək məqsədilə hazırlanıb. Əfsanəvi qadın və modelyer Koko Şanel 1900-cu illərin əvvəllərində dənizçi uniformasından ilham alaraq kolleksiyalarında bu təsvirlərdən istifadə edir. Şaneldən sonra digər dizaynerlər də onun izi ilə gedərək ağ-qara zolaqlı geyimləri qadınların qarderobuna daxil edirlər. Breton bluzlar keçən əsrin bir çox dəb ilahələrinin də sevimlisi olub. Andrey Hepbrun və Merlin Manro bu tərz geyimlərdən çox istifadə ediblər.

2014-cü ildə yenidən dəb gündəmini işğal edən breton köynəklər sadəliyi sevənlərin seçimi olacaq. Onları istənilən geyimlə uyğunlaşdırmaq mümkündür. Bu mövsümdə belə köynəkləri üstündə çiçək təsvirləri olan şalvar, yubka və şortlarla birləşdirmək olar. İdman üslubunun həvəskarları onları cırıq cinslərlə uyğunlaşdıra bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm