Təbii ağrıkəsicilər
Bizi izləyin

Tabloid.az

Təbii ağrıkəsicilər

Bədəninizin hər hansı yerində ağrı hiss etdiyiniz zaman dərhal aptekə qaçmaq lazım deyil. Əvvəlcə təbii ağrıkəsicilərdən istifadə etmək olar. Ağrıları azalda bilmədiyiniz halda tibbi yollara baş vurmalısınız. Tabloid.az təbii ağrıkəsicilərin siyahısını tə

Bədəninizin hər hansı yerində ağrı hiss etdiyiniz zaman dərhal aptekə qaçmaq lazım deyil. Əvvəlcə təbii ağrıkəsicilərdən istifadə etmək olar. Yalnız ağrıları azalda bilmədiyiniz halda tibbi yollara baş vurmalısınız.

Publika.az təbii ağrıkəsicilərin siyahısını təqdim edir:

Badam

Böyrək və sidik yollarındakı iltihabları aradan qaldırır. Baş ağrısı, qaraciyər və böyrək ağrılarını yüngülləşdirir.

Paxla

Böyrək ağrılarını və iltihablarını aradan qaldırır.

Rozmarin (bibəriyyə)

Revmatizm ağrılarını azalmasına təsir göstərir.

Çiyələk

Böyrək, sidik yolları və bağırsaq problemləri üçün əla giləmeyvədir. Həmçinin diş ətini gücləndirir, ağız qoxusunu və boğaz ağrısını aradan qaldırır.

Dəfnə yarpağı

Bədənə rahatlıq verir. Sidikqovucudur. İştahanı açır. Sinirləri sakitləşdirir, bədəndəki mikrobları öldürür.

Kokos

Böyrəklərdəki qum və daşların salınmasına kömək edir. Mədə ağrısını aradan qaldırır.

Mixək

Diş ağrıları üçün çox faydalıdır. Bir ədəd quru mixəyi ağzınıza alıb çeynəyəndə diş ağrısı keçər, mixək pis ağız qoxusunu da yox edir.

Albalı

Aspirin yerinə, albalı yeyərək də ağrıları sakitləşdirə bilərsiniz. Albalının tərkibindəki antioksidantlar oynaq ağrıları və duzların yaratdığı xroniki ağrıları azaldır. Hər gün bir stəkan albalı suyu içməyi unutmayın.

İtburnu

Yaxşı və təsirli qan təmizləyicisidir. Revmatizm ağrılarını aradan qaldırır.

Kofein

İdmandan sonra kəskinləşən əzələ ağrılarını aradan qaldırır. Aparılan araşdırmalara görə, idman sonrası 2 fincan qəhvə ağrıları yarıbayarı azladır.

Çobanyastığı çayı

Yüz illərdir ki, çobanyastığı mədə xəstəlikləri, yuxusuzluq kimi problemlərə çarə olur. Təbriz Universitetinin apardığı araşdırmada onun revmatizm ağrılarını da azaltdığı məlum olub.

Zəncəfil

Mədə ağrılarını, soyuqdəyməni aradan qaldırır. Hər gün iki qram çiy zəncəfili idmandan qabaq qəbul etsəniz əzələ ağrılarınız azalar. Lakin idmandan sonra iki qram çiy zəncəfil çeynəsəniz, heç bir faydası olmayacaq.

Yağlı balıq

Omeqa 3-lə zəngin olan yağlı balıqlar təbii ağrıkəsici özəlliyi ilə seçilir. Yağlı balıqlar da revmatizm ağrıları ilə mübarizədə güclü ağrıkəsici rolunu oynayır. Mütəxəssislər revmatizmadan əziyyət çəkən hər kəsə həftədə 2 dəfə yağlı balıq yeməyi tövsiyə edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm