Tarkan dünya ulduzları ilə eyni səhnədə
Bizi izləyin

Tabloid.az

Tarkan dünya ulduzları ilə eyni səhnədə

Meqastar Monokoda konsert verəcək

Meqastar Tarkan Monokoda konsert verəcək.

Sənətçi “Monte Carlo Summer Festival”ında iştirak edəcək. O, sözügedən festivalda çıxış edən ilk Türkiyəli ifaçı olacaq.

Tabloid.az xəbər verir ki, iyulun 14-də Lena Del Reyin konserti ilə başlayacaq festival avqustun 22-də Tarkanın möhtəşəm çıxışı ilə sona yetəcək.

Festivalda Xulio İqlesis, Liza Minelli kimi dünya ulduzlarının da çıxışı gözlənilir.

Qeyd edək ki, festival çərçivəsində bu günə qədər Elton Con, Rihanna, Kayli Minoq, Selin Dion, Skorpions, Santana ve Kevin Costner kimi dünyaca məşhur ulduzlar konsert proqramı ilə çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm