Dərini yeniləyən qidalar
Bizi izləyin

Tabloid.az

Dərini yeniləyən qidalar

Dərini yeniləmək və yay aylarının təsirini minimuma endirmək üçün tərkibində A, E, C vitaminlərinin olduğu meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır

Qadınların dərisi ətraf mühitin mənfi təsirinə daha çox məruz qalır. Ona görə də yay mövsümündə evdən çıxmazdan 30 dəqiqə öncə üzə, boyun nahiyəsinə günəşin zərərli təsirlərindən qoruyan krem çəkmək lazımdır.

Ancaq bu qoruyucu vasitələr dərinin qocalmasının və qurumasının qarşısını ala bilmir. Dərini yeniləmək və yay aylarının təsirini minimuma endirmək üçün tərkibində A, E, C vitaminlərinin olduğu meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır.

Aşağıdaki siyahıda yay aylarda ən çox istifadə edilməsi tövsiyə olunan məhsullarla tanış ola bilərsiniz:

A vitamini: qaraciyər, yağ, süd, pendir, yumurtanın sarısı
E vitamini: bitki yağları
C vitamini: cəfəri, çiyələk, limon, pomidor
Beta-karotin: ispanaq, kahı, kələm, gül kələmi, şaftalı, kök, ərik
Lutein: yaşıl rəngdə olan bütün tərəvəzlər, yumurta sarısı, yağlar
Likopen: pomidor, qarpız, qreyfurt
Kuersetin: alma, üzüm, limon, pomidor, soğan, kahı, gül kələmi, qırmızı kələm, çay, qırmız şərab, zeytunyağı
Omega-3: Balıq yağı
Resveratrol: Üzümün qabığı, fıstıq, qırmızı şərab, tut

Oxumağa davam et
Reklam
Reklam

Gündəm