Tünzalə Ağayeva yeni duet ortağı tapıb - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tünzalə Ağayeva yeni duet ortağı tapıb - FOTOLAR

Əməkdar artist, müğənni və bəstəkar, hər zaman özünəməxsus geyim tərzi və maraqlı layihələri ilə tamaşaçılarını sevindirən Tünzalə Ağayeva yaxın günlərdə "Qovuş ona" adlı klipinin təqdimatını keçirəcək.

Əməkdar artist, müğənni və bəstəkar, hər zaman özünəməxsus geyim tərzi və maraqlı layihələri ilə tamaşaçılarını sevindirən Tünzalə Ağayeva yaxın günlərdə "Qovuş ona" adlı klipinin təqdimatını keçirəcək. O, sözləri Suraya, musiqisi özünə aid mahnını Sura ilə duet oxuyub. Mahnıya klipi Türkiyədə tanınmış rejisor Taylan Gurel çəkib. Ekran işinin operatoru Murat Bayraktaroğludur.

Tünzalə xanım Suranı da mətbuata təqdim edəcək:“Sura ilə ilk tanış olduğum vaxtdan onun istedadlı, mənəviyyatı zəngin, fərqli dünya görünüşlü olduğunu gördüm və onunla ünsiyyətimiz səmimi oldu. XXI əsrin gəncinə bəlkə də xas olmayan həyat tərzi və xüsusiyyətləri var. Deyərdim ki, günümüzdə H.Caviddən oxuduğum "Gülbahar"a rast gəlmişəm. Sura çox gözəl şer yazır, onlardan birinə də mən həvəslə musiqi bəstələdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm