Qarnı və yağları əridən içkilər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qarnı və yağları əridən içkilər - FOTOLAR

Artıq yay gəlib. Bütün qadınlar arıqlamağın müxtəlif yollarını axtarırlar, gecə-gündüz idmanla məşğul olurlar. Təbii ki, idmanın faydalarını danmaq olmaz. Lakin bəzi qidalar istənilən nəticəni daha tez əldə etməyə kömək edir. Tabloid.az qarın yağlarını ər

Artıq yay gəlib. Bütün qadınlar arıqlamağın müxtəlif yollarını axtarırlar və gecə-gündüz idmanla məşğul olurlar. Əlbəttə idmanın faydalarını danmaq olmaz. Lakin bəzi qidalar istənilən nəticəni daha tez əldə etməyə kömək edir. Tabloid.az qarın yağlarını əridən qidaları təqdim edir:

Limonlu su - Arıqlamaq istəyirsinizsə, kifayət qədər su qəbul etməlisiniz. Su bədəndəki zəhərli maddələri təmizləyir və toxluq hissini artırır. Adi su içməkdən sıxılırsınıza, içinə bir-iki damcı limon suyu və nanə əlavə edin.

Buzlu qarpız püresi - İçinə şəkər əlavə etmədiyiniz müddətdə meyvə püreləri və təbii meyvə suları zərərsizdir. Qarpız təkcə bədəni sərinləşdirmir, eyni zamanda ,tərkibindəki vitaminlər sağlamlığa və dəriyə müsbət təsir göstərir.

Buzlu və nanəli çay - İsti yay günlərində buzlu, nanəli çay içə bilərsiniz. Nanə mədənin daha yaxşı işləməsinə səbəb olur və metabolizmanı gücləndirir. Mədədəki yağlı qidaların tez həzm olunmasına təsir göstərir. Həmçinin şişkinliyi aradan qaldırır.

Ananas Frappe - Bu içki ananas və kətən toxumundan hazırlanır. Blenderlə ərzaqları qarışdıraraq bu içkini hazırlamaq olar. İçki həm yağları əridir, həm həzmi asanlaşdırır.

Yaşıl çay - Xərçəng və ürək xəstəlikləri riskini azaltmaqla yanaşı, yağları da əridir.Yağları əritmək üçün yaşıl çayı idmandan əvvəl içmək məsləhətdir.

Şokoladlı süd - Tünd şokoladın faydaları çoxdur. Südlə qarışdırılan tünd şokoladı səhər yeməyi əvəzinə içə bilərsiniz. 400 kalorisi olan südlü şokolad uzun müddət insan tox saxlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm