Hamilə qalmaq üçün nə yeməli?
Bizi izləyin

Tabloid.az

Hamilə qalmaq üçün nə yeməli?

Hamilə qalmaq istəyən qadınlar nə yediklərinə fikir verməlidir. Belə ki, bəzi yeməklər hamilə qalma ehtimalını artırır. Aparılan araşdırmalar nəticəsində fol turşularının hamiləlik üçün çox önəmli olduğu aşkarlanıb. Fol turşusu bir çox qidaların tərkibin

Hamilə qalmaq istəyən qadınlar nə yediklərinə fikir verməlidir. Belə ki, bəzi yeməklər hamilə qalma ehtimalını artırır. Aparılan araşdırmalar nəticəsində fol turşularının hamiləlik üçün çox önəmli olduğu aşkarlanıb. Tabloid.az tərkibində fol turşusu olan qidaların siyahısını təqdim edir:

Yaşıl yarpaqlı bitkilər - Yaşıl yarpaqlı tərəvəzlər fol turşuları ilə zəngindir. Fol turşusu sözünün mənası “yaşıllıq və yarpaq” deməkdir. Fol turşusu ən çox ispanağın tərkibindədir. İspanaqla birlikdə, tərkibində fol turşusu olan qara kələm də yeyə bilərsiniz.

Mərcimək - Hamilə qalmaq istəyirsinizsə, fol turşusu ilə zəngin olan quru paxlalılar fəsiləsindən olan mərciməkdən də çox istifadə etməlisiniz. 1 boşqab mərcimək bir günlük fol turşusu ehtiyacını ödəyir. Tərkibində dəmir olan mərcimək siyahının başında gəlməlidir.

Portağal - Portağalın tərkibində də fol turşuları çoxdur. Portağalın suyunu da içə bilərsiniz. Bir stəkan portağal suyu bir günlük fol ehtiyacının 20 faizini ödəyir.

Çörək və taxıllar - Çörək və taxıl deyəndə qida dəyəri yüksək olan vitamin və minerallarla zəngin olan çörəklər nəzərdə tutulur. Çörəklərin və taxılların üzərindəki yazıdan qida dəyərini öyrənə bilərsiniz.

Pomidor suyu - Bir stəkan pomidor suyunda 20 mkq fol turşusu var. Səhərlər günə pomidor suyu içərək də başlaya bilərsiniz. Pomidor suyu yerinə, təzə pomidorlardan hazırlanmış pomidor şorbası ilə də fol turşusu ehtiyacınızı ödəyə bilərsiniz.

Brokoli - Möcüzə tərəvəz olan brokoli fol turşuları ilə olduqca zəngin qidadır. 1 boşqab brokoli yediyiniz zaman gündəlik fol turşu ehtiyacınızı ödəyə bilərsiniz.

Yumurta - Bir yumurtada təxminən 25 mkq miqdarında fol turşusu var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm