Ən çox xəyanətə məruz qalan bürclər hansıdır?
Bizi izləyin

Tabloid.az

Ən çox xəyanətə məruz qalan bürclər hansıdır?

Hər bir bürcün özünəməxsus xüsusiyyətləri olur, sevgini hərəsi bir formada qəbul edir. Tabloid.az Türkiyə mətbuatına istinadən tərk edilən bürclərin vəziyyətdən necə çıxdığını və necə reaksiya verdiyini təqdim edir:

Ən çox xəyanətə məruz qalan bürclər hansıdır?

Hər bir bürcün özünəməxsus xüsusiyyətləri olur, sevgini hərəsi bir formada qəbul edir. Tabloid.az Türkiyə mətbuatına istinadən tərk edilən bürclərin vəziyyətdən necə çıxdığını və necə reaksiya verdiyini təqdim edir:

Qoç bürcü - Tərk edilən qoç bürcü ən qısa zaman ərzində özünə yeni bir sevgili tapacaq. Bu sahədə onlar mahir ovçuya çevrilir. Bu sizi qətiyyən kədərləndirməsin. Çünki əsas məqsədləri sizə bunun necə təsir etməsini öyrənməkdir. Qoçlar münasibətlər bitdikdən sonra yeni bir macəraya yol almağı çox sevirlər. Qoçun bu davranışı onun sevgisinə qarşı inamsızlıq yarada bilər. Lakin onlar hesab edirlər ki, münasibətlər bitdiyi zaman keçmişlə yaşamağın heç biri mənası yoxdur.

Buğa bürcü – Tərk edilməyi qətiyyən həzm edə bilmir. Sevdiyi insanların yalnız ona məxsus olduğunu düşünür. Ayrıldığı insanlarla heç vaxt dost münasibətləri saxlamır. Ondan ayrılmısınızsa bunu onu sevmədiyinizin göstəricisi kimi qəbul edir. Geriyə dönmə ehtimalınız olarsa, razı olmaz. Eyni zamanda, başqa biri ilə də sevgili ola bilmir və olsalar belə, bunun üçün uzun müddət keçməlidir.

Əkizlər bürcü - Tərk edilən Əkizlər bürcü həyatına rahat şəkildə davam edə bilir. Sizinlə dost qalmağı təklif etsə də, soyuq davrana bilər. Ona dəyər vermədiyinizi hiss etsə, haqqınızda pis dedi-qodu belə yayar. Bunu dəqiq bilin ki, ayrılıq xəbərini hamıya yayacaq. Əkizlər bürcü ayrılıqdan sonra ən tez özünə gələ bilən bürcdür.

Xərçəng bürcü - Fəlakət... Xərçənglər ürəkdən sevirsə, ayrılığı qəbul edə bilmir. Otaqda göz yaşları içində oturub onu tərk edən insanın şəklinə baxır. Ona yazılan bütün məktubları yenidən oxuyur. Falçılara gedib yenidən onunla birlikdə olub-olmayacağı ilə maraqlanır. Zahirən sakit görünsə də, ürəyindən qara qanlar axır... Gizli nömrələrdən zəng edib sevdiyi şəxsin səsini dinləyir. Lakin bu müddətin nə qədər davam edəcəyi bəlli olmur. Yəni qısa müddətdə də özlərinə gələ bilərlər.

Şir bürcü - Bir neçə həftə ağlayıb gözünün yaşını tökə bilər. Lakin sonra bəyəndiyi və ona layiq olduğunu düşündüyü namizəd çıxarsa, hər şeyi unudar. Əvvəlki sevgilisini bu qədər tez unutduğuna görə peşimançılıq çəkər. Yeni sevgili tapdıqdan sonra özünü göyün 7-ci qatında hiss edər. Tərk edilən zaman onun acı çəkdiyini heç kimin görməməsini istəyir. Çünki Şir bürcünün nümayəndələrinin eqoları çox yüksəkdir. Buna görə tərk edən tərəfin, hətta özü olduğunu belə söyləyə bilər.

Qız bürcü - Tərk edilən Qız bürcü gecə-gündüz bu haqda düşünür, tərk edilmə səbəbini araşdırır. Ayrılıq ona özünü pis hiss etdirsə də, soyuqqanlı davranır. Obyektiv olur və münasibətlərin niyə bitdiyi üçün məntiqli səbəblər axtarıb tapa bilir. Hətta özünü günahın ancaq qarşı tərəfdə olduğuna da inandırır.

Tərəzi bürcü - Tərk edilən Tərəzi bürcü təxminən bir həftə ağlayır. Daha sonra intiqam almaq məqsədilə yeni bir sevgili axtarışına çıxar və ayrılıq xəbərini hər kəsə elan edər. Yalnız qalmaqdan nifrət edir. Tərk edilən Tərəzi bürcünün nümayəndəsi üçün narahat olmağa dəyməz. Çünki onlar ayaqda qala bilir.

Əqrəb bürcü - Əgər ondan ayrılmaq fikrinə düşmüsünüzsə, elə etməlisiniz ki, bu qərarı özü versin. Münasibətlərinizi yavaş-yavaş soyudun. Onu yaralasanız, sizdən intiqam ala bilər. Təbii ki, bu bütün Əqrəblərə aid deyil. Hamısı intiqam almasa da, gec-tez əvəzini çıxır. Sizi geri qaytarmaq üçün qürurunu ayaqlar altına sərə bilər. Əqrəb bürcü tərk edilərsə, çətin ki, bir daha sevə bilsin... Əqrəb qəlbinin qapılarını sonsuza qədər bağlı elan edir!

Oxatan bürcü - Tərk edilən Oxatan tez zamanda başqasını tapar. Onun devizi hər şey bitdikdən sonra ağlamağın xeyri yoxdurdu. Həyatın ona daha yaxşı bir insan bəxş edəcəyinə inanır. Özü istəmədiyi müddətə qədər heç vaxt tək qalmır.

Oğlaq bürcü - Hər şey qaydasındadır kimi rəftar edə bilər. Sakit görüntünün altında kədərli və duyğusal bir insan yatır. Tədbirli olduğu üçün yeni bir münasibətə başlamasına uzun müddət lazımdır.

Dolça bürcü - Ətrafında onu ovuda bilən xeyli dostu var. Onun həftələrlə oturub ağlamasını gözləməyin. Yeni bir sevgili axtarışına çıxmır, baş verənləri qəbul edə bilir və dostları ilə əylənməyi daha üstün tutur.

Balıqlar bürcü - Həftələrlə ağlayarlar... Ona vida etdikdən sonra məkanı qaçaraq tərk edin. Balıqlar onu tərk edən insandan tərk edilmə səbəbini soruşarlar. Hətta sizi yenidən qazanmaq üçün dostlarınızından sizi barışdırmağı da xahiş edə bilər. Ona belə bir ehtimalın olmayacağını hiss etdirməlisiniz. Yoxsa, sizin arxanızdan sürünməyə çox davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm