Ancelina Colinin neçə yaşı tamam olur? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ancelina Colinin neçə yaşı tamam olur? – FOTOLAR

Ancelina Colinin neçə yaşı tamam olur? – FOTOLAR

Bu gün dünyanın ən cazibədar aktrisası Ancelina Colinin doğum günüdür. Dünyanın ən gözəl dodaqlı aktrisasının 39 yaşı tamam olur.

Qeyd edək ki, Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-ın Kaliforniya ştatının Los-Ancelos şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voytun və yarıfransız, yarıkanadalı aktrisa Marşelin Bertranın qızıdır. Yaşca ondan böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı “Coli” fransız dilində “yaxşı”, “gözəl” anlamını verir. Lakin aktrisa özü fransız dilini bilmir.

Aktrisa uzun müddətdir ki, yaraşıqlı aktyor Bred Pittlə nişanlıdır. Bred Pittdən 3 övladı var, 3-nü isə övladlığa götürüblər. Coli bildirir ki, bəzən Bred Pittlə nişanlı olduğunu unudur:

Uşaqlar daha çox toyun intizarındadırlar, amma bu mərasimiz nə zaman reallaşacağı məlum deyil. Bu, çox qeyri-adi vəziyyətdir. Biz 8 ildir evlənməyə hazırlaşırıq. Bu ideya uşaqların çox xoşuna gəlir, onlar düşünəndə ki, ata və ana evlənəcəklər xoşbəxt olurlar”.

Tabloid.az Ancelina Colinin ən seksual fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm