• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Yaşar Cəlilov müğənnilərin sponsor arzusundan danışdı

Yaşar Cəlilov müğənnilərin sponsor arzusundan danışdı

Müğənni Yaşar Cəlilov yeni "Ulduzlu gecə" mahnısını dinləyicilərin ixtiyarına verib. Tabloid.az-ın məlumatına görə, 106.3 FM-də kompozisiyanın təqdimatı olub. "Ulduzlu gecə"nin musiqisi bir çox sevilən mahnıların müəllifi Kamalın, sözləri əməkdar incəsənət xadimi Baba Vəziroğluna məxsusdur.

Y. Cəlilov bildirib ki, mahnı artıq radio dalğalarından və televiziya efirlərindən eşidiləcək: “Özümü şanslı müğənni hesab edən Yaşar bildirib ki, hər bir müğənninin adı hallanan müəlliflərlə əməkdaşlıq arzusudur:

“Müğənnilərin arzuları çox olur - biri fəxri ad almaq, digəri çox toya dəvət almaq, o biri sponsor tapmaq. Mənimsə bir arzum var: sevilən mahnılar ifa etmək”.

Mahnını aranjemanı Tərlan Məmmədhüseynova aiddir. Kompozisiyanın aranjemanında 12 skripkadan istifadə olunub. Y. Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayət edib.

"Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək 3-cü albomuna daxil ediləcək.

Mahnını bu linkdən dinləyə bilərsiniz:

Xəbər lenti

DAHA ÇOX XƏBƏR