Diş məcununun təmizlikdə inanılmaz faydası - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Diş məcununun təmizlikdə inanılmaz faydası - FOTOLAR

Diş məcunları dişlərdən savayı, ev təmizliyində də istifadə edilir.

Diş məcunları dişlərdən savayı, ev təmizliyində də istifadə edilir. Tabloid.az diş məcununun ev təmizliyindəki faydalarını təqdim edir:

Ayaqqabıları diş məcunu ilə təmizləyə bilərsiniz.

Fil dişindən düzəldilən bilyard topu, pianino dilləri və zinət əşyalarını məcunla təmizləyin.

Ütünün altına yapışan ləkələri təmizləməkdə məcun köməyinizə gələ bilər.

Üzüyü diş məcunu ilə daha yaxşı parıldatmaq olar.

Uşaq əmziklərinin qoxusunu yox edə bilərsiniz.

Hamamda güzgünün ləkəli və ərpli hissələrini məcunla sildikdə parıldayır.

Hamam, mətbəx kranlarını və çanaqlarını təmizləyə bilərsiniz.

Divarda karandaşla yazılan yazıları məcunla silmək olar.

Parçaya tökülən mürəkkəbi yox edə bilərsiniz.

Mebellərdəki su ləkələrini silmək mümkündür.

Məcun əldən gələn sarımsaq və boya qoxusunu da yox edir.

Xalçaların çıxmayan ləkələrini diş məcunu vasitəsi ilə çıxara bilərsiniz.

Diş məcununu gips kimi istifadə edərək divarlardakı dəlikləri bağlaya bilərsiniz.

Avtomobilin fənərini diş məcunu ilə silmək mümkündür.

Sızanaqlardan xilas olmaq istəyirsinizsə, yatmazdan əvvəl üstünə bir az diş məcunu çəkin və tez yuyun. Məcun onları yağlanmağa qoymur və sızanaqları qurudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm