Saçınızı şampunla yumayın!
Bizi izləyin

Tabloid.az

Saçınızı şampunla yumayın!

Zəhərli şampunlar

Qadınlar şampunsuz həyatı təsəvvürlərinə belə gətirə bilmirlər. Çünki şampunla yuyulan saçlar daha yumşaq və parlaq olur. Amma gözəllik və təmizlik bəxş edən şampunlar o qədər də zərərsiz deyillər. hətta deyə bilərik ki, tərkibində kifayət qədər zəhərli maddələr olan qadın düşməni şampunlar da var.

İngiltərənin Səhiyyə Nazirliyi və ABŞ İstehlakçıları Qoruma Dərnəyi (FDA) hər il kosmetik vasitələrin tərkibindəki zərərli maddələrin siyahısını yayımlayır. Bu siyahını hazırlamaq üçün çoxlu araşdırmalar aparılır və testlər edilir.

Tabloid.az oxucularına tərkibində aşağıdaki maddələrdən hər hansı biri olan şampunları almamağı tövsiyə edir.

Silikon
Silikon saçın ışıltılı və həcmli görünməsini təmin edir. Ancaq saç telinin nəmlənməsini əngəlləyir. Tərkibində silikon olan şampunlardan istifadə nəticəsində saçlar quruyur, saçlara saçqıran düşür.

Süni qliserin -Bu maddə saçın yağlı və kəpəkli olmasına və ya baş dərisində qaşıntıya səbəb olur.

Neft- Xərçəng xəstəliyinə yaxalanma riskini artırır.

Paraben- Tərkibində paraben olan bütün məhsullar xərçəngə səbəb olur.

Qeyd edək ki, ekspertlər saçı həftədə 2 dəfədən artıq yumamağı və sadəcə bir dəfə şampundan istifadə etməyi məsləhət bilirlər. Həftə ərzində saçınızı ikinci dəfə yuyanda şampundan istifadə etməsəniz daha yaxşı olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm