Üzün təmizlənməsində 10 səhv
Bizi izləyin

Tabloid.az

Üzün təmizlənməsində 10 səhv

Üz təmizliyində edilən səhvlər isə dəridə quruluq yaradır.

Qadınların çoxu üzlərini yuyanda bu qaydalara fikir vermir. Üz təmizliyində edilən səhvlər isə dəridə quruluq yaradır.

Dəri tipinə uyğun olmayan təmizləyici məhsullar dəridəki faydalı yağların azalmasına və hüceyrələrin yox olmasına səbəb olur. Çox yumşaq və sərt məhsullar dərini korlayır.

Üzü gündə 2 dəfədən artıq yumaq olmaz. Makiyaj etməmisinizsə və ya aşırı tərləmirsinizsə, axşamlar yatmazdan əvvəl sadəcə, lasyon ilə təmizləyə bilər və ilıq su ilə üzünüzü yaxalaya bilərsiniz. Bunun sayəsində dəriniz daha rahat nəfəs ala biləcək.

İsti su ilə üzü yumaq dərinin yağ balansını pozur və dərini qurudur.

Çox tez-tez pilinq etmək dərini gözəlləşdirməkdən əlavə zərər verir. Həftədə 2 dəfə pilinq etməlisiniz. Pilinq edərkən barmaqlarınızla üz sərinizi yüngül masaj edin.

Dərinin gözəlliyinə xələl gətirən proseduralardan biri də sabunladıqdan sonra onu yaxşı yumamaqdır. Dərini yaxşı yumalısınız ki, dəri məsamələrindəki sabun təmizlənsin.

Aldığınız üz təmizliyici və nəmləndirici məhsulların tərkibində rəng və qoxu verən – parabenin olmamasına fikir verin. Bu kimi maddələr dərinin qabıq və allergiya verməsinə səbəb ola bilər. Yuduqdan sonra dəriniz qızarırsa, tərkibindəki maddələri yaxşı-yaxşı nəzərdən keçirin.

Üzünüzü qurulayan zaman sərt silməyin. Yavaş hərəkətlərlə qurulayın. Əks halda, dəsmalın üzərindəki bakteriyalar dəriyə hopur.

Nəmləndiriciləri üzünüz quruduqdan sonra deyil, nəmli ikən çəkin. Nəmli dəri kremi daha rahat əmir. Dəri tamamilə quruduqdan sonra nəmləndirici krem dəriyə daha yavaş hopur.

Fərqli məhsullar alın, ondan möcüzə gözləmək yanlışdır. Aldığınız məhsulun təsirini hiss etmək üçün müəyyən müddət gözləməlisiniz. Təbii tərkibli kosmetik məhsullar alın.

Dərini təmizləmək üçün istifadə etdiyiniz yağların təbii və keyfiyyətli olmasına fikir verin. Keyfiyyətsiz bitki yağları dərini korlaya bilər. Yüksək keyfiyyətli qaysı, zeytun, üzüm çəyirdəyi və badam yağlarına üstünlük verin. Yağı dərinizə masaj edərək çəkin. Artıq yağları silin ki, məsamələri doldurmasın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm