• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dəbli görünməyin yolları

Dəbli görünməyin yolları

Sirr deyil ki, insanlar, xüsusilə zərif cinsin nümayəndələri həmişə seçilməyə çalışırlar. Bunu etməyin ən yaxşı yolu da xarici görünüşü dəyişdirmək, fərdiləşdirmək və öz dəsti-xəttini yaratmaqdan keçir. Düzdür, bunu etmək həmişə asan olmur. Hətta dəb həvəskarlarının, zərif zövq sahiblərinin də bəzən mütəxəssis məsləhətlərinə ehtiyacı olur.

Dünyada tanınmış moda mütəxəssisləri qadın və kişilərə üslublarına uyğun geyinməsi, dəbli görünmələri üçün tövsiyələr verməyə hazırdırlar. Onlar ən çox verilən “Dəbli insanın qarderobunda hansı geyimlər olmalıdır?” sualına aydınlıq gətiriblər. Belə ki, moda mütəxəssisləri öz üslubunu, dəsti-xəttini yaratmaq istəyənlər üçün suala cavab olaraq siyahı tərtib ediblər. Maraqlanan qadınlar ondan bəhrələnə bilərlər.

1. Ağ köynək və yubka-karandaş

Moda həvəskarlarının siyahısında ilk yeri klassik dəstlər tutur. Onların siyahısına sadə biçilişi və tikilişi olan ağ köynək, qara rəngdə şalvarlı kostyum, dizi örtən yubka-karandaş və əlbəttə ki, miniatür qara paltar.

2. Mayka və cins

Daha azad üsluba üstünlük verənlər klassik stildə ağ, boz və qara rəngli maykalarla qarderoblarını zənginləşdirə bilərlər. Tünd göy cins ağ mayka tipli koftaları əla tamamlayır. Üst geyimə gəldikdə daha gənc xanımlara motosikletçi gödəkçəsi, daha yaşlı xanımlara isə ağ parka (üst geyimi) yaraşar.

3. Cemper, palto və trenç

Mütəxəssislər deyir ki, şaxtalı günlərdə bej, boz və ya qara rəngində kişmiri materialdan gözəl biçilmiş palto və ya kişi paltolarına bənzəyən qum rəngində kişmiri palto bədəni yaxşı isidə bilər. Yaz fəslində isə xaki rəngində və yaxud rənginizə düşən digər rəngdə trenç almaq yerinə düşərdi.

4. Baletka və hündürdaban ayaqqabılar

Ayaqqabı kolleksiyanızında qara və ya tünd qara rəngdə jokey çəkmələri, neytral rəngli baletkalar (alçaq, balerinaların baletkalarına oxşar ayaqqabılar) və ağ alçaq keda ( ketlərin daha müasir forması) olmalıdır. Zərif klassik stilin sahibəsi kimi tanınmaq istəyirsinizsə həm də qara, ət rənglərində tufli və hündürdaban ayaqqabılara ehtiyacınız olacaq.

5. Klatç, təyyarəçi eynəyi və ağ mirvari

Aksessuarlardan kiçik klatç tipli çanta və konvert tipli çantanın olması vacibdir. İki qulplu və geniş həcmli və tünd qəhvəyi rəngdə çantanın olması da lap yerinə düşərdi. Günəş eynəklərinə gəldikdə isə burada diqqəti qara plastmasdan hazırlanmış böyük təyyarəçi eynəklərinə diqqət yetirin. Dəqiq xanımlara həmçinin kişilərinkinə bənzər saat lazım olacaq. Bu obrazı tamamlayacaq, ona bir qədər cazibə və zəriflik qatacaq olan aksessuar şərf, parlaq rəngli ipək yaylıq, bir rəngli dəridən enli kəmər, bir düzüm mirvaridir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR