Hind qadınlarının gur saçlarının sirri nədir?
Bizi izləyin

Tabloid.az

Hind qadınlarının gur saçlarının sirri nədir?

Hind qadınları gözəllikləri ilə dünyada tanınıblar. Parlaq dəriləri, iri gözləri və dolğun dodaqları ilə insanı valeh edirlər. İllər bu qadınların dərisində gec hökmranlıq edir. Belə ki, hind qadınlarının dəriləri daha gec qırışır. Onların hamar və qırışs

Hind qadınları gözəllikləri ilə dünyada tanınıblar. Parlaq dəriləri, iri gözləri və dolğun dodaqları ilə insanı valeh edirlər. İllər bu qadınların dərisində geç hökmranlıq edir. Belə ki, hind qadınlarının dəriləri daha gec qırışır. Onların hamar və qırışsız dərilərini qısqanılır.

Tabloid.Az hind xanımlarının gözəllik sirrini araşdırıb.

Saçlar gün boyu məruz qaldığı çirkli mühitdən dolayı öz parlaqlığını itirir. Təkcə şampunla parıltını geri qaytarmaq olmur. Saçlara ehtiyacı olan baxımı tətbiq etməli və təbii yollarla parıldamasına nail olmaq olar. Saçları təbii vasitələrlə möhkəmləndirmək və parıltılısını bərpa etmək çətin deyil. Quru və solğun saçlar üçün bir neçə maska var. Kimyəvi maddələr və fen saçın tez xarab olmasına səbəb olur. Onlardan mümkün qədər az istifadə edin.

Hindlilər üçün gur və tünd saçlar qadınlığın tacıdır. Yağ masajları, təbii tərkibli şampunlar saçlara güc və parıltı verir. Bunun sirri kokos yağından qaynaqlanır. Yarım fincan kokos yağını bir az isidin və saçların kökündən başlayaraq diblərinə yedirməyə çalışın. 30 dəqiqə gözləyib yuyun və fərqi hiss edin. Bu, saçların tökülməsinin qarşısını alacaq, ona parlaqlıq bəxş edəcək.

Hind qadınlarının çoxu, gündəlik dəri baxımlarını öz hazırladıqları krem, ya da təbii yağlarla edirlər. Müxtəlif kosmetika firmaları tərəfindən çıxarılan və təbii bitki tərkibinə sahib məhsullar da dərinin gec yaşlanmasına xidmət edir.

Təbii məhsullarla pilinq:

Üyüdülmüş taxıllar, fındıq və fıstıq kimi çərəzlər, dəridə yumşaq pilinq təsiri yaradır. Hind qadınları hər gün təbii məhsullardan istifadə edirlər. Onlar gözəl dəriyə sahib olmaq üçün bahalı kremlərə çox xərcləmirlər. Çoxunun heç belə imkanı da yoxdur. Buna baxmayaraq, bütün günü gözəllik salonlarına gedən qadınlardan daha cavan qalırlar. Hind qadınları bir qab dolusu gül suyu və dərini hamar edən badam yağı ilə əlçatmaz gözəlliyə nail olurlar.

Həmçinin üzlərini ilıq düyü suyu ilə yuyurlar.

Sakitləşdirici baş masajları

Hind qadınları gur və parlaq saçların sirrini saç dibinin yağlarla masaj edilməsində görürlər. Onlar saçlarına qətiyyən laqeyd yanaşmırlar. Baş dərisinə edilən masaj qan dövranını sürətləndirir və bunun sayəsində qidalandırıcı maddələr saç köklərinə daha yaxşı nüfuz edir. Hind qadınlar bu yağlardan yalnız daha sağlam bir həyat üçün deyil, eyni zamanda, daha gözəl görünmək üçün də faydalanırlar.

İlıq jojoba və küncüt yağını dərin bir qabın içində qarışdırın. Bir yemək qaşığı yağı saçın dibinə çəkin. Barmaqlarınızla yüngülcə masaj etdikdən sonra saçları yaxşıca yaxalayın.

Rahatlamağa ehtiyacınız varsa, çobanyastığı, jasmin yağlarından yararlana bilərsiniz. Bunun üçün hərəsindən dörd damcı vannaya əlavə edib yaxşıca qarışdırın. İstirahət edərkən dərin nəfəs alaraq ətirli yağların rahatlaşdırıcı gücündən faydalanın. Bu qarışığa qurudulmuş gül yarpaqları, ya da tumurcuqları da əlavə edə bilərsiniz.

Hər iki əlinizin nişan üzüyü və orta barmağını qaşlarınızın ortasına qoyun. Sonra sağ əlinizin barmaqları ilə qaşınızın üzərindən sağ gözünüzə, sol əlinizlə də sol gözünüzə doğru masaj edin. Hərəkəti 5 dəfə təkrarlayın. Sağ və sol əlinizin işarə barmaqlarını burnunuzun başladığı bölgəyə qoyun. İndi hər iki barmağınızla, burun dəliklərinizin yan bölgələrinə yuxarıdan aşağıya doğru masaj edin. Hərəkəti 5 dəfə təkrarlayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm