Dolğun dodaqların sirri
Bizi izləyin

Tabloid.az

Dolğun dodaqların sirri

Kiçik makiyaj hiylələri ilə incə dodaqları dolğunlaşdırmaq mümkündür

Təəssüf ki, hamı Ancelina Coli kimi dolğun dodaqlara anadangəlmə sahib deyil. Ancaq kiçik makiyaj hiylələri ilə incə dodaqları dolğunlaşdırmaq mümkündür.

Bunun üçün dodaqları aşağıdaki kimi boyamaq lazımdır:

Addım 1.

Əvvəlcə dodaqlarınıza tonal krem çəkin. Bunu fırça ilə etsəniz yaxşı olar. Çalışın dodaqların kənar cizgiləri itsin.

Addım 2.

Dodaq rənginizə yaxın tonlarda olan dodaq qələmi seçin. Qələmlə dodaq cizginizi müəyyən edin və diqqətli şəkildə dodaqları haşiyəyə alın.

Addım 3.

Dodağınızı bej tonlarda olan dodaq boyası ilə boyayın. Unutmayın ki, tünd rənglər dodaqları incə göstərir. Həm də sizin olduğunuzdan daha yaşlı görünməyinizə səbəb olur. Dolğun dodaqlar arzusundasınızsa, həmişə dodaq rənginizə yaxın tonlarda olan dodaq boyasından istifadə edin.

Boyanı fırça ilə çəkin. Dodaq boyasının çəkdiyiniz cizgidən kənara çıxmamasına diqqət edin.

Addım 4.

Dodaq makiyajını dodaq parıldadıcısı ilə tamamlayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm