Psixologiyanızı dəyişdirəcək qoxular
Bizi izləyin

Tabloid.az

Psixologiyanızı dəyişdirəcək qoxular

Bəzi qoxular var ki, insan psixologiyasına güclü təsir edir. Tabloid.az insan psixologiyasına təsir edən qoxuları təqdim edir:

Təbiətdə bəzi qoxular var ki, insan psixologiyasına güclü təsir edir. Tabloid.az insan psixologiyasına təsir edən qoxuları təqdim edir:

Təzə biçilmiş çəmən qoxusu - İnsanın gözünün qabağında yaşıl təbiət canlanır və özünü xoşbəxt hiss edir.

Təzə bişmiş xəmir yeməkləri - Çörək, qutab, qoğal kimi xəmirli yeməklər yenə insanı cəzb edən və iştahasını artıran qoxulardır. Hər nə qədər tox olsan da, təndir çörəyindən bir parça qoparıb yemək istəyirsən.

Çiçək qoxusu - Xüsusilə yay aylarında açan çiçəklər, insana müsbət enerji verir, mənfi düşüncələrdən bir müddətdə olsa uzaq tutur.

Torpaq qoxusu - Xüsusilə yağışlı havalardan sonra torpaqda yaranan qoxu insana fərahlıq verir və rahatlıq bəxş edir. Torpaq qoxusunun sinirləri sakitləşdirici xüsusiyyəti var.

Çökə ağacı - Cökə çayının sakitləşdirici təsirini ümumiyyətlə hamı bilir. Ətrafınızda bir cökə ağacı varsa qoxusunu asanca ayırd edə bilər, sakitlik və dinclik verdiyini qısa zamanda fərq edə bilərsiniz.

Meyvə qoxusu - Təzə aldığınız bir meyvəni kəsdikdə yayılan qoxu beyninizə sağlam qida siqnallarını göndərir. Daha dadına belə baxmadığınız halda yaşadığınız bu reaksiya, meyvəni yedikdən sonra da insana xoşbəxtlik hissi aşılayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm