Cenifer Lopes sevgilisindən ayrıldı və onu direktor vəzifəsindən azad etdi
Bizi izləyin

Tabloid.az

Cenifer Lopes sevgilisindən ayrıldı və onu direktor vəzifəsindən azad etdi

Deyilənlərə görə, müğəəni yeni eşq macarasına yelkən açmağa da hazırdır.

Müğənni və aktrisa Cenifer Lopes iki illik ehtiraslı məhəbbət romanından sonra sevgilisi Kasper Smartdan ayrılıb. Xeyli vaxt idi ki, Hollivuda cütlüyün tez-tez dava etməsi haqqında xəbərlər dolaşırdı. Lakin onların ayrılması xəbəri bu günə qədər təsdiqlənmirdi. Kasper Smart sosial şəbəkələrdəki anketində subay sözünü yazmaqla ayrılıq xəbəri təsdiqini tapdı.

Ceniferə yaxın mənbələrin Amerika mətbuatına açıqlamasına əsasən, könhə sevgililər dost kimi ayrılıblar. Maraqlıdır ki, Cey Lo Kasper Smartı təyin etdiyi art-direktor vəzifəsindən də azad edib. Hazırda o, müğənninin rəqs qrupunda adi rəqqas olaraq fəaliyyətini davam etdirəcək.

Deyəsən, yaşananlar isə Cey Lonun ovqatına pis təsir göstərməyib. O ağlamaq, dərd çəkmək əvəzinə yeni albomunun tanıtımı məqsədilə dünya turuna hazırlaşır. Hətta deyilənlərə görə, o yeni eşq macarasına yelkən açmağa da hazırdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm