Alma sirkəsinin qadın gözəlliyində rolu
Bizi izləyin

Tabloid.az

Alma sirkəsinin qadın gözəlliyində rolu

Dünya ulduzları da gözəlliyini qorumaq üçün təbii vasitələrdən istifadə edir. Buraya qadın gözəlliyində danılmaz rolu olan ama sirkəsi də daxidlir.

Dünya ulduzları da gözəlliyini qorumaq üçün təbii vasitələrdən istifadə edir. Buraya qadın gözəlliyində danılmaz rolu olan ama sirkəsi də daxidlir.

Dərinizi alma sirkəsi ilə silin. Dəridəki ləkə və sızanaqları aradan qaldırmaq üçün ən yaxşı üsul alma sirkəsidir. Onun qoxusu xoş olmasa da, dərini problemlərdə azad edir. Gözəllik uğrunda qadınlar nələrə dözmür ki...


Ləkəsiz, zərif və parıltılı dəriyə sahib olmaq üçün bu maskanı mütləq edin. Sızanaqlar üçün alma sirkəsi - 1 stəkan alma sirkəsinə yarım stəkan su əlavə edin. Pambığı bu qarışığa batırıb sızanaq üzərinə bir müddət kompres edin.


Dəri ləkələri üçün alma sirkəsi - Bir qaba alma sirkəsi qoyub qaynadın. Daha sonra bu su ilə üzünüzə buxar duşu edin. Alma sirkəsinə su əlavə edib üzünüzü 3-4 gündən bir silə bilərsiniz. Dəri ləkələri üçün olduqca faydalıdır.


Alma sirkəsi həmçinin parlaq və sağlam saçlara nail olmağa da kömək edir.

Kəpəkli saçlar üçün alma sirkəsi - Saçınızı yuduqdansonra yaxalamaq üçün 1 litr suya 1 çay qaşığı alma sirkəsi tökün və saçları bu su ilə yaxalayın. Bu əməliyyatı bir müddət saçları hər dəfə yuduqda tətbiq edin. Saçlar kəpəkdən təmizlənəcək və daha parlaq olacaq.

Arıqlamaq istəyənlər üçün - Bir stəkan suyun içinə 1-2 çay qaşığı alma sirkəsi əlavə edin. İçinə 1 çay qaşığı bal da əlavə edin Onu səhərlər nizamlı olaraq ac qarına için. İstədiyiniz çəkiyə tez bir zamanda qovuşmağa kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm