Ebru Gündeşin atası küçələrdə yaşayır - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ebru Gündeşin atası küçələrdə yaşayır - FOTOLAR

Müğənni Ebru Gündeş milyon dollar dəyəri olan villada yaşadığı halda atası evsiz qalıb.

Müğənni Ebru Gündeş milyon dollar dəyəri olan villada yaşadığı halda atası evsiz qalıb.

Azərbaycanlı iş adamı Reza Zərrabla ailə quran sənətçinin atası küçədə köhnə əşyaların satışı ilə məşğuldur. Qızının onu heç vaxt axtarmadığını deyən Remzi Gündeş gecələrini 20 kvadrat metrlik dükanda keçirir. O, Ebru haqda danışmaqdan imtina edib.

“Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm. Acından ölərəm, amma kiminsə qapısına gedib, bir loxma çörək də istəmərəm. Bir vaxtlar mənə gəl bu evdə qal demişdi. Amma ondan gələcək xeyiri istəmirəm. Mənə halallıq lazımdır. Haramla heç bir işim yoxdur” deyə R.Gündeş bildirib.

Sənətçinin atası “Heç nəvənizi gördünüzmü” sualına isə “Mənim övladım yoxdur ki, nəvəm də olsun. Amma əsl bir övladımın və nəvəmin olmağını çox istəyərdim” cavabını verərək göz yaşlarını saxlaya bilməyib.

R.Gündeşi sonda "Əsgər ailəsində doğulmuşam. Ona görə də qürurum var. Yoxsa Bülənt Ərsoyun da qapısını döyüb, kömək istəyərdim. Dövlətə pul ödəmədiyim üçün on ildir təqaüddən məhrum olmuşam. Əgər bunu ala bilsəydim, heç olmasa, bir az daha yaxşı olardı" deyib.

Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm