Dəbdə olan mətbəx mebelləri - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dəbdə olan mətbəx mebelləri - FOTOLAR

Mətbəxin dekorasiyasında istifadə edilən rənglər önəmlidir. Mətbəxi istifadəyə daha yararlı vəziyyətə gətirmək, eyni zamanda, göz oxşaması, insana rahatlıq verməsi üçün bəzi məqamlara fikir vermək lazımdır.

Mətbəxin dekorasiyasında istifadə edilən rənglər önəmlidir. Mətbəxi istifadəyə daha yararlı vəziyyətə gətirmək, eyni zamanda, göz oxşaması, insana rahatlıq verməsi üçün bəzi məqamlara fikir vermək lazımdır.

Tablid.az 2014-cü ilin modern mətbəx mebellərinə aid bir neçə nümunə toplayıb.

İsti və modern interyer yaratmaq istəyirsinizsə, mətbəxdə sarı, ağ və həsir mebellərə üstünlük verin.

Sadəlikdən xoşunuz gəlirsə, açıq rəngli taxta mebellər alın.

Ağ və bənövşəyi rənglər mətbəxi şirin göstərir.

Modern və sofistik görkəm yaratmaq üçün dekorasiyada ağ rənglərə yer verin. Rəng ahəngi yaratmaq üçün tünd bozla, zeytun yaşılını birləşdirə bilərsiniz.

Mətbəxiniz balacadırsa, açıq rənglərin gücündən istifadə edin. Açıq qəhvəyi və açıq mavi çalarlara müraciət edə bilərsiniz.

Təmizlik və səliqə-sahman həvəskarlarına mavi və ağ rəngləri məsləhət görürük. Çünki bu rənglərin hər ikisi təmizlik, saflıq və məsumluq rəngidir. Mebellərdə iki rəngdən istifadə etsəniz, mətbəx bir az dar görünəcək.

Vintaj üslubunu sevənlər tünd qəhvəyi tonlara yönələ bilər.

Nanə yaşılı və tünd qəhvəyi də mətbəx üçün ideal rənglərdir.

Su yaşılı və açıq qəhvəyi tonlar mətbəxin sevimli görünməsi üçün uyğun rənglərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm