Qaş formaları haqqında bilmədikləriniz - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Qaş formaları haqqında bilmədikləriniz - FOTOLAR

Qaşlara düzgün formanın verilməsi qadının simasının daha gözəl görünməsinə xidmət edir. Lakin qadınların çoxu qaş formasını üz quruluşuna uyğunlaşdıra bilmir. Düzgün alınmamış qaşlar isə qadının üzünü kobud və çirkin göstərə bilər. Bəs üzə yaraşan qaş for

Qaşlara düzgün formanın verilməsi qadının simasının daha gözəl görünməsinə xidmət edir. Lakin qadınların çoxu qaş formasını üz quruluşuna uyğunlaşdıra bilmir. Düzgün alınmamış qaşlar isə qadının üzünü kobud və çirkin göstərə bilər. Bəs üzə yaraşan qaş formasını necə təyin edə bilərik?

Tabloid.az Türkiyə mətbuatına istinadən göz quruluşuna uyğun qaş formalarını təqdim edir:

Gözləriniz böyükdürsə, sizə qalın qaş modelləri daha çox yaraşır. Qaş rənginə uyğun qaş qələmi ilə qaşların ətrafını düzləşdirə bilərsiniz. Daha sonra seyrək görünən qaşların içini qələmlə doldurun. Sonda isə qaşları darayın.

Gözləriniz kiçikdirsə, sizə azca əyri və aypara formasında qaşlar daha çox yaraşar. Qaşların ucunu gözün kənarlarına tərəf uzadın. O hissələrdə artıq tüklər varsa, onları təmizləyin və azca əyrilik verin.

Gözləriniz ovaldırsa, sizə kəskin aypara (sındırılmış) qaş forması yaraşır. Üzünüzə ən uyğun olan qaş formasını tapmaq üçün bir qələm alın. Onu burnunuzun kənarından göz mərkəzinə tərəf tutun. Beləcə, üzünüzə ən uyğun olan qaş formasının nə dərəcədə sizə yaraşdığını tapa biləcəksiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm