Hind qozu yağı ilə gözəlləşin
Bizi izləyin

Tabloid.az

Hind qozu yağı ilə gözəlləşin

Hind qozu yağının faydaları

Hind qozu yağının faydaları çoxdur.

Saç bitlərini öldürür: Daha çox uşaqlar bit problemi ilə üzləşirlər. Alma sirkəsi ilə saçları yaxalayın və quruduktan sonra, hind qozu yağını saçlara çəkin. 12 -24 saat gözləyin və ilıq su ilə saçı yuyun.

Manikur: Hind qozu yağı manikürün daha uzun müddət qalmasını təmin edir.

Göz kremi kimi istifadə edin: Göz kreminə pul xərcləmək istəmirsinizsə, gözünüzə hind qozu yağı çəkə bilərsiniz. Bu göz altı torbaları və incə qırışları yox edir.

Bədən üçün skrab: skrab kimi istifadə etmək üçün bir ovuc dəniz duzu və ya şəkər ilə yarım fincan hind qozu yağını qarışdırın. Bədəninizə bunu çəkib, yaxşıca masaj edin. Daha sonra ilıq su ilə yuyunun.

Masaj yağı: Hindistan qozu yağını biraz qızdırıb üzərinə lavanda və bir neçə damcı nanə yağı əlavə edərək masaj yağı əldə edə bilərsiniz. Bu yağla edilmiş masaj stressi azaldır.

Kəpəklərdən qurtulun: Kəpəkli saça hind qozu yağını çəkin. Bu həm də saçların daha tez uzanmasına kömək edəcək.

Dişləri ağardır: Hind qozu yağından diş ağardıcı olaraq da istifadə edə bilərsiniz. Natirum biokarbonat ilə qarışdırıb dişlərə çəkmək yaxşı nəticə verir.

Dodaq balzamı: Hindistan qozu yağını yatmadan əvvəl dodaqlara çəkin. Səhər oyandığnızda nəticənin bahalı bir dodaq balzamından fərqli olmadığını görəcəksiniz.

Makiyaj təmizləyici: Üzünüzdəki makiyajı hind qozu yağı ilə təmizləyə bilərsiniz. Bu həm də dərini nəmləndirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm