Dərini gözəlləşdirən meyvə və tərəvəzlər
Bizi izləyin

Tabloid.az

Dərini gözəlləşdirən meyvə və tərəvəzlər

Göyərti və meyvələrə rəng verən maddələrin orqanizm üçün xüsusi faydası var. Buna səbəb onların tərkibindəki rəng verən maddələrdir. Meyvələrin rənginə görə, faydaları bu cür sıralanıb:

Göyərti və meyvələrə rəng verən maddələrin orqanizm üçün xüsusi faydası var. Buna səbəb onların tərkibindəki rəng verən maddələrdir. Meyvələrin rənginə görə, faydaları bu cür sıralanıb:

Qırmızı likopen - Qırmızı meyvə və tərəvəzlərin orqanizm üçün xüsusi faydası var. Bu maddə meyvə və göyərtidəki qırmızı rəngli piqmentdir. Likopen xərçəngə qarşı güclü vasitədir. Likopenin bir xüsusiyyəti də bişirildikcə faydasının artmasındadır. Pomidor, qarpız, nar, çiyələk, qırmızı bibər likopen mənbəyidir. Gündə 1 porsiya likopen məsləhətdir. Aşağıdakı varinatlardan birini seçməklə gündəlik likopen tələbatınızı ödəyə bilərsiniz. 1 orta boy pomidor, 2 barmaq qalınlığında kəsilmiş qarpız, 1/2 orta boy nar və 15 ədəd çiyələklə bu ehtiyacınızı ödəyə bilərsiniz.

Onlar arasından bəziləri gözəllik üçün əhəmiyyətlidir.

Albalı: Deyilənə görə, albalı hüceyrələri ölməyə qoymur, dərini daim cavan saxlayır.

Alma: Bir çox xəstəliklərə dərman olan bu meyvə həm də dəri elastikliyini artırır.

Çiyələk: Bu meyvə həm ehtirası gücləndirir, həm də dəridəki qara nöqtələri aradan qaldırır.

Qırmızı acı bibər: İştahasızlıq və anoreksiyadan əziyyət çəkənlərə məsləhət görülür. Güclü iştah açan qırmızı bibəri kökəlmək istəyənlər yesin.

Ağ alisin - Alisin sarımsaqda daha çoxdur. Sarımsaq əzildikdə qoxusu yayılır. Alisin infeksiyalara öldürücü təsir göstərir. Bundan başqa, ağ rəngli qidalar, müxtəlif xəstəliklərə və şişlərə qarşı immuniteti gücləndirir. Turp, sarımsaq, göbələk, soğan və kərəviz alisin baxımından zəngindir. Orqanizmə gündə 1 porsiya alisin lazımdır. Bunun üçün 1 ədəd orta boy quru soğan, 1 boşqab doğranmış təzə göbələk, 2 ədəd turp kifayətdir.

Sarı lutein - Bu maddə əslində sarı rəngli olsa da, xlorofil maddəsi ilə birləşərək göyərtiyə yaşıl rəng verir. Güclü antioksidant olan lutein hüceyrələri qoruyur, katarakta kimi müxtəlif göz xəstəliklərinə qarşı mübarizə aparır, həm də qaraciyər üçün faydalıdır.

Yaşıl lutein maddəsi boranı, kivi, xiyar, ispanaq, paxla, brokoli, kələmin təkibində olur. Orqanizm gündə 2 porsiya lutein qəbul edilməlidir. Bunun üçün 1 boşqab boranı və ya ispanaq, 5 qaşıq paxla və 1,5 ədəd kivi yemək kifayətdir.

Narıncı beta karoten - Bu maddə orqanizm üçün çox vacib olan A vitamininə çevrilir. Araşdırmalar xərçəng, damar sərtliyi və katarakta kimi xəstəliklərin qarşısının alınmasında beta karotenin əhəmiyyət daşıdığını təsdiqləyir. Güclü antioksidant olduğu üçün hüceyrələri erkən yaşlanmadan qoruyur. Qaysı, qovun, kök, manqo, balqabaq, limon, portağal, armud, mandarin, qreyfrutun tərkibi bu maddə ilə zəngindir və gündə 1 porsiya qəbul edilməlidir. Bunun üçün 4 ədəd təzə və ya quru qaysı, 1 dilim qovun, 1 ədəd kök, 1 ədəd manqo yemək kifayətdir.

Bənövşəyi antosianin - Bu maddə qırmızı-bənövşəyi rəngli olub, göyərti və meyvələrdə, payızda bənövşəyi yarpaqlı ağaclarda olan rəngverici maddədir. Bu maddə hüceyrənin yaşlanmasının qarşısını alır. Sağlam toxumaları və hüceyrələri qoruduğu üçün xərçəng və ürək xəstəliklərinə yoluxma ehtimalını azaldır.

Bu maddə badımcan, böyürtkən, üzüm, çuğundur və qırmızı turpun tərkibində var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm